viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Arzu Rəhimov rəisi vəzifədən AZAD ETDİ Adalet.az | Arzu Rəhimov rəisi vəzifədən AZAD ETDİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Arzu Rəhimov rəisi vəzifədən AZAD ETDİ

5253    |   2019-06-28 15:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyunun 28-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) aparatında 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar qurumun müvafiq strukturlarının, yerli idarə, şöbə və bölmələrinin rəislərinin, rayon hərbi həkim komissiyaları sədrlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.



Mşavi­rədə SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xid­mət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar Xidmət tərəfindən həyata keçiriləcək tədbirlərin təşkili ilə bağlı zəruri məsələlərə diqqət çəkib.

Silahlı Qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsi ilə əlaqədar iyul ayı ərzində çağırış prosesinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə, çağırışçıların tibbi müayinəsinin yüksək səviyyədə təşkili istiqamətində müvafiq iş aparılmasına dair tapşırıqlarını verib.


Xidmət rəisi və­tən­daş­ların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli hə­qiqi hərbi xid­mətə çağırılması, gənclərin hərbi vətən­pər­vər­lik ruhunda tərbiyə olun­ma­sı istiqamətində həyata keçirilmiş işləri və qarşıda duran vəzifələri bir daha xüsusi vurğulayıb. General-leytenant Arzu Rəhimov vətəndaşların qə­bulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin olunmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələb və tövsiyələrinə uyğun davam etdirilməsi ilə bağlı göstərişlərini çatdırıb. Xidmət rəisi bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş çatışmazlıqların təhlil edilərək aradan qaldırılmalı, gələcəkdə təkrarlanmamalı və əməkdaşlar etik davranış qaydalarına ciddi əməl etməlidirlər.


Müşavirəyə dəvət olunmuş Müdafiə Nazirliyi Tibb Xidməti baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev son illərdə SHXÇDX tərəfindən Silahlı Qüvvələrin sağlam gənclərlə komplektləşdirilməsi işində əldə edilən uğurlara diqqət çəkib. Bu sahədə daha mükəmməl nəticələr əldə etmək üçün birgə əməkdaşlığın perspektivlərinə dair fikirlərini bölüşüb.


Müşavirəyə yekun vuran general-leytenant Arzu Rəhimov SHXÇDX tərəfindən qarşıdakı dövrdə görüləcək işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə danışıb.


Xidmət rəisi Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə SHXÇDX-nin hərbi qulluqçularının aylıq pul təminatının, həmçinin mülki işçilərin vəzifə maaşlarının artırılmasının şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinə mühüm töhfə olduğunu vurğulayıb.


Müşavirədə kadr dəyişiklikləri həyata keçirilib.Xidmətin Bərdə rayon şöbəsinin rəisi tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Qeyd edək ki, SHXÇDX-nin Daxili təhqiqat şöbəsinin rəisi, polkovnik Həsrət İsmayılov həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə müvafiq əmrlə Xidmətdən tərxis olunub.


Müşavirənin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara Xidmət rəisinin əmri ilə təltif­lər, həmçinin növbəti və vaxtından əvvəl hərbi rütbələr təqdim edilib.




İmza:

Bu şəhərdən Bakıya uçuş ləğv edildi

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır

Qanunsuz yolla ölkəyə gətirilən siqaret, spirtli içki və idman qidaları aşkarlanıb

DİN: Özlərini müstəqil jurnalist adlandıran bir qrup şəxsin aksiya keçirməsinin qarşısı alınıb

“22 iyul varisi” adına layiq olanlar - Sorğu

Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib

Azərbaycanda nəşr olunan qəzetlərə 1 milyon manat ayrıldı - SƏRƏNCAM

Türkiyədə daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı artıb

Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Prezidentdən Milli Mətbuat Günü ilə bağlı paylaşım - FOTO

Akademik: KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar

Azərbaycan mətbuatı - 144 illik yol

SON XƏBƏRLƏR
2019-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK