Əbülfət MƏDƏTOĞLU: RUHUMUN AZADLIĞI...

ƏBÜLFƏT MƏDƏTOĞLU
47190 | 2019-06-29 10:14

Saata baxıram...Səhərin açılmasına hələ xeyli var. Xeyli deyəndə ki, indi saat 01:25 dəqiqədir.Özünüz fikirləşin, görün səhərə nə qədər qalıb, yuxum ərşə çəkilib.Televiziyanın düymələrini dəyişməkdən barmaqlarımın ucu göynəyir. Amma tərskimi bu gecə telekanallarda fərli, maraqlı, diqqəti çəkən heç bir şey göstərilmir.Sanki bu gecə telekanallar da mənimlə acığa durublar, dava-dava edirlər ki, səhəribir az da zülmlə açım...

Masamın üstündəkikitablara baxıram. Oxumağa da həvəsim yoxdu. Günün qəzetlərini də topalayıb birkənara atmışam. Bir sözlə, bu dörd divarın arasında özümə yer tapa bilmirəm. Ürəyimelə sıxılır ki, sanki kobud bir əl gülöyşə narı sıxır... Amma bu sıxılan ürəyinağrısını özümdən başqa heç kəs duymur. Özüm də ki, bu gündə...

Durub pəncərədənboylanıram. Həyətdə heç nə görünmür. Küçə lampaları neçə gündür ki,yandırılmır. Bilmirəm uşaqlar daş atıb sındırıblar, yoxsa ümumiyyətlə, xətdə cərəyanyoxdu. Heç nə görə bilmədiyimdən bir az da öz-özümə əsəbiləşirəm, asılqandanpencəyimi götürüb həyətə çıxıram. Bax, onda hiss edirəm ki, tək-tək damcılardüşür. O qədər seyrəkdi ki, rahatca saymaq da olar. Mən bu damcıları saya-sayanəyi axtardığımı, nədən bu qədər gərgin olduğumu çözməyə, aydınlaşdırmağaçalışıram. Elə bu vaxt su şırıltısına oxşayan bir səs eşidirəm, qaranlığa diqqətyetirirəm. Məhəllənin ayağındakı ofisin xadiməsi yır-yığış edir. O da ya yatıbyuxuya qalmaqdan qorxaraq tez gəlibdi, ya da bir neçə yerdə işləyir, ona görəişini belə sahmanlayıbdı ki, problemi olmasın, iş yerini itirməsin. Bu yaşlıqadının halı ürəyimi ağrıdır. Əslində onun dincələn, istirahət edən vaxtıdır.Amma çörək pulu, ehtiyac onu gecənin bu vaxtı evdən çıxmağa, yır-yığışa məcburedib...

Hardansa yadımadüşür, belə bir deyim var, deyirlər ki, hərənin dərdi özünə bir dağdı. Görünür,bu dünyada bizim bilmədiyimiz, görmədiyimiz neçə minlərlə dağlar var imiş...

Hə, elə dağlarıdüşündüyüm anda içimdən sanki bir ağrı sızıb keçdi. Bu, daha çox hansısa birtelin qırılmasını xatırlatdı mənə. Özümdən asılı olmayaraq əlimi ürəyimin üstünəqoydum. Ovcumun içində onun döyüntüsünü hiss etdim və anladım ki, bu döyüntü təkcəyaşamaq əlaməti deyil. O həm də ağrıların ürək çırpıntılarına qoşulan ahəngidi.O ağrıların ki...

İndi təbii fəlakətləbağlı ölkə mətbuatında, informasiyalarda müəyyən bilgilər verilir. Bu bilgiləridə hər kəs bir cürə qəbul edir. Mən şəxsən gün ərzində təkcə xəbərlərproqramını deyil, hətta mobil telefon vasitəsi ilə həmin ərazidə olandoğmaları, dostları da arayıb xəbər tutmağa çalışıram. Çünki doğmalarımınyaşadığı qəsəbədə böyük narahatçılıq var. Və mən də bir oğul kimi valideynləriminbu ahıl çağında, qaçqınlığın zülmünə alışdıqları bir vaxtda təbii fəlakətləüz-üzə gəlmələrindən, onun narahatlığını, gərginliyini yaşamalarından üzülürəm.Nə hökmüm, nə imkanım, nə də gücüm nəyisə dəyişməyə çatmır. Bax, bunun özü ürəyiminhəmin o narahat duyğularının bir damarıdır. Bir az da dəqiq ifadə etsəm, bunarahatlıq ürəyimi işğal edən gərginliyin bir hissəsidir. Mən "işğal"sözünü hər dəfə kağıza köçürəndə, dilə gətirəndə kəndimizi xatırlayıram, onunişğalını xatırlayıram və onun yazın indiki çağındakı durumunu göz önünə gətirirəm.Bu da istər-istəməz sıxıntılarımı, ağrılarımı artırır. Özü də elə bir həddə gətiribçatdırır ki, ondan qurtulmaq öz canımdan qurtulmaq qədər çətin, həm də asandır.Ancaq bu asanlığın içərisində bir günah yaşamaq da var.


Gücüm çatmır özcanımı

Özüm-özümdənqurtarım.

Töküb ortayaqanımı

Dərdə dözümdənqurtarım.


Artdıqca yolunyağırı

Sevgi dəlisifağırı

Dişlə, dırnaqla,axırı -

Tanış izimdənqurtarım.


Su tək səmtinəaxanın

Özünyandırıb-yaxanın

Güzgüdən mənəbaxanın

Üzün üzümdənqurtarım.

***

Çox vaxt insanöz aləminə qapılıb öz-özü ilə danışmağa, özü öz problemlərinin ip ucunu tapmağaçalışır. Bax, həmin anda o insana yaxınlaşıb, onun həmin durumuna müdaxilə edəndəhiss edirsən ki, bu tərəf-müqabilinin heç ürəyincə olmadı. Bu duyğuları mən dəyaşamışam və bu gün də yaşayıram. Ərki keçənlər, sözü yerində deyə bilənlər bəzənmənə bunu irad tuturlar. Özümə qapılmağımı, bir küncə sığınmağımı özümün özüməqəsdim kimi qiymətləndirirlər. Hətta səsinin tonunu bir az qaldırıb danlayanlarda olur. Deyirlər ki, adam özü özünə düşmən olmaz, özü özünün ömrünübaltalamaz. Bu gen dünyadan könüllü əl üzməz və s. və ilaxır. Mən də bütünbunları dinləyirəm və bütün bunlara haqq qazandıra-qazandıra özümü tapdığım,özümün rahat olduğum həmin o qapalı dünyaya çəkilməyə yenə də üstünlük verirəm.

Öncə ona görəki, o dünyamda mən özüməm... hökm verən də... icra edəndə... daş daşıyıb, qum ələyəndə...ev tikən də... quyu qazıb su çəkən də... özü-özüylə danışan da... öz-özünə güləndə... özü-özünün günahlarının ayaqlarından asan da...

İnsana buncaasudəlik, bunca azadlıq, bunca özgürlük daha harda verilib?!. Məgər biz bu azadlıqlarüçün mübarizə aparmırıq? Əgər mübarizəmiz öz azadlıqlarımıza, öz xəyallarımıza,öz arzularımıza qovuşmaq üçündürsə, onda niyə mənə irad tutursunuz? Axı, mənyalnız özümə çəkiləndə, öz dünyama üz tutanda həmin o, uğrunda mübarizəapardıqlarımıza qovuşuram, sizə xoş olsa da, olmasa da.

Hər kəsin özdünyasının ağası olması onun ən böyük özgürlüyüdü. Bu özgürlüyün nəyin hesabınaəldə edilməsi artıq o yolu seçənin haqqı və bacarığı deməkdi. Yəni seçdiyinhaqqı öz bacarıqların, öz gücün hesabına əldə etməyin deməkdi. Təbii ki, bütünseçimlərə, bütün haqlara qovuşmaq olmur. Çünki sədlər, maneələr o qədərdi ki...onların hər birini aşmağa bəzən bir ömür bəs etmir... Ona görə də insanlarınbir çox məsələlərə laqeyd münasibət bəsləməsi, etinasızlıq göstərməsianlaşılandı. Amma nə qədər anlaşılan olur olsun, biganə yaşamaq mənim üçün qəbulolunmazdı.Çünki mən biganələri bizlərdən biri saymıram. Hətta o nə qədər şirin, yaxınolsa belə.


Mən bir damlagöz yaşı

Sil, kirpiyinqurusun.

Ayazısın qüssə-qəm-

Baxışlarındurulsun.


Haqqın yoxdususmağa

Sakitcəuduzmağa...

Ürəyimi asmağa -

Dar ağacıqurulsun.


Həyat yaşıl biçənək

Yoxdu özgə seçənək...

Neçə oddan keçərək-

Ruhum sənəvurulsun.


***

İstənilənazadlıq, hətta ailə daxilində də elə-belə könüllü bağışlanılmır. Lapövladlarımıza belə onların umduqları sərbəstlikləri, azadlıqları qədərincə,idarə oluna biləcək həcmdə verməyə həmişə maraq göstərmişik. Çünki ŞeyxNizaminin dediyi "Artıq içiləndə dərd verir o da" kəlamı bizim üçünsuyun önəmini heç vaxt azaltmayıb. Əksinə, onun mahiyyətini və gərəkliliyini,eləcə də qədərini müəyyənləşdirmək imkanına yetişə bilmişik. Bu mənadauşaqlarımız üçün, özümüz üçün fərqindən və mahiyyətindən asılı olmayaraq, gərəklisayılan azadlıqları əldə etməyin mübarizədən, zəhmətdən gəlib keçdiyinizaman-zaman müəyyənləşdirmişik. Özü də bu müəyyənliyə çatmaq üçün sərfetdiyimiz zaman kəsiyi bizlər üçün həmişə şirin olubdu. Təbii ki, nəticəsinəgörə.

Gecənin həmindar vaxtında, yaşımın bu çağına kimi qazandığım azadlıqları xatırlamaq istədim.Düşündüm ki, əl-ayağın çoxdan yığışdığı, səhərin isə açılmaq istəmədiyi bu gecədəheç kəsin xəbəri olmadan mənə aid olan, daha doğrusu, mənim əldə etdiyimazadlıqlarımı barmaqlarımı qatlaya-qatlaya saymağa başlayım. Nə qədər saysamda, amma bütün bunların hamısını cəm halında ürəyimin hər an umduğu və hər anonun üçün darıxdığı o ünvanın olmamasından yarımçıq azadlıq təsiri bağışladı.Çünki insan istənilən yaşda doğma ocağının istisi üçün, doğma yuvanın ətri,qoxusu üçün qəribsəyir. Hətta qısa müddətli bir səfərdən geri qayıdanda özevinin, öz ocağının işığı da, ətri də, bir sözlə hər şeyi sənin könlünürahatlayır, ruhunu sakitləşdirir. Məncə, ruhun sakit olduğu məqam ən böyükazadlıqdı...

İndi necəyaşamağımdan, nədən yazmağımdan asılı olmayaraq, mənə elə gəlir ki, bu məqamdahəmin o ruhun azadlığına qovuşa bilmişəm.

Nə gecə yadımadüşür, nə saat, nə də ətrafdakı bu laqeyd sükut. Çünki ruhum azaddır! Artıq istədiklərimidüşünə bilirəm... istədiyim xəyalları qururam... istədiyim misralarıpıçıldayıram. Bax, elə bu misralar kimi:


Səndən sənə məsafədi

Məndən mənə gəldiyimyol.

Təkcə dilim söyləmirki,

Ürək də deyirqurban ol -

Sevdiyinə!..


Özünü oda-közəvur

Qoyma ruhu daincisin.

Ruhum olub pərvanəsi

Pıçıldayıb,incim! - desin -

Sevdiyinə!..


Həyatın hərnövrağında

Hər yerdə qoşagörünsün.

Ürək, qələm-varağına

Yalnız məhəbbətbürünsün-

Sevdiyinə!..


Hə, bütünolanlarla yanaşı, bütün olacaqlar da insan üçündü. Daha doğrusu, insanınyaşayıb qiymətləndirilməsi üçündür. Mən gördüklərimin fərqinə varmadan hamısınınqədrini bilmişəm. Təbii ki, gücüm çatan qədər... görəcəklərim də nə olacaq, onuzaman göstərəcək. Onlar üçün də qollarımı açmışam. Lakin yeganə sıxıntımruhumun azadlığı ilə bağlıdır. Ruhuma toxunanda, ruhuma laqeydlik göstərəndə,onda hər şey bir anda uçub dağılır. Mənim ruhumun azadlığı mənim yaşamağım deməkdir.Əgər yaşamağımı istəyirsinizsə, ona biganə olmayın...Çünki...


Açılan bu səhərçün

Sənin adınıseçdim...

Ona adını qatıb-

Sənin dadınıseçdim...


Bənzədiyim,saraya -

Ömrü, qoydumaraya...

Nə düşdüsəparaya -

Sənə, şadınıseçdim...


Baxt tapmadımbaxt kimi

Ömrümə tac, taxtkimi...

Sevgimə paytaxtkimi -

Mən Sən QADINIseçdim!


Harasaçatırmadım,

Susdum , adbatırmadım!..

Hadinixatırladım -

Son həyatınıseçdim!


TƏQVİM / ARXİV