adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
28 Iyun 2019 14:35
9473
GÜNDƏM
A- A+

Müavini Əli Kərimlinin hələ buraxılmadığını deyir

AXCP sədri Əli Kərimli bu gün Müsavat Partiyasının qərargahı önündə polis tərəfindən saxlanılıb.

Məlumata görə, Müsavat Partiyasının qərargahında ictimai və siyasi fəalların cərimələrinin ödənilməsi ilə bağlı keçirilən "Həmrəylik Marafonu”na qatılan partiya sədri Binəqədi Rayon Polis İdarəsinə aparılıb.

Məsələ ilə bağlıModern.az-a danışan AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib ki, Əli Kərimlinin harada saxlanılması ilə bağlı tam məlumatlı deyil.

"Hələ ki, bir məlumat ala bilməmişik. Deyilənə görə Binəqədi Rayon Polis İdarəsində saxlanılır. Məlumatımız olan kimi mediaya da məlumat verəcəyik”.

Binəqədi Rayon Polis İadrəsindən "Turan "agentliyinəƏli Kərimlininsaxlanması ilə bağlı məlumatı təsdiq etməyiblər.

İdarədən bununla bağlı məlumatsız olduqlarını söyləyiblər.

Binəqdi Rayon Məhkəməsindən də AXCP sədrinin saxlanması barədə deyilənlərə aydınlıq gətirilməyib.