adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Iyun 2019 14:56
13403
GÜNDƏM
A- A+

Əli Kərimli sərbəst buraxıldı - YENİLƏNİB

AXCP sədri Əli Kərimli sərbəst buraxılıb.

Modern.az-ın məlumatına görə, Əli Kərimliyə Binəqədi rayon Polis İdarəsində xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

***

AXCP sədri Əli Kərimli bu gün Müsavat Partiyasının qərargahı önündə polis tərəfindən saxlanılıb.

Modern.azxəbər verir ki,Müsavat Partiyasının qərargahında ictimai və siyasi fəalların cərimələrinin ödənilməsi ilə bağlı keçirilən "Həmrəylik Marafonu”na qatılan partiya sədri Binəqədi Rayon Polis İdarəsinə aparılıb.

Onunla yanaşı, daha bir neçə AXCP-çinin polisə aparıldığını bildirilir.

Ə.Kərimlinin süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir.

Olayla bağlı rəsmi məlumat veriləcəyi gözlənilir.