Faiq QİSMƏTOĞLU: DAĞ HAVASI...

FAİQ QİSMƏTOĞLU
46631 | 2019-06-29 10:19

... Deyirlərki, dağ adamları çox saf, çox təmiz, çox dupduru olurlar. Və bu deyimdə çoxböyük həqiqət var: çünki mənim özüm də dəfələrlə şahidi olmuşam ki, dağlıqrayonlarda yaşayan insanlar daha çox səmimi və təmiz adamdılar. Bu heç dəbaşqalarının xətrinə dəyməsin. Mən nə Laçından, nə Kəlbəcərdən, nə də Gədəbəydənkeyfiyyətsiz adam görmüşəm. Bəlkə orad da sözünün sahibi olmayan, kiməsə kəf gələnadamlar var. Amma mənə rast gələnlərin hamısı bulaq suyu kimi dupdurudular...

... Vəbulaq suyu kimi dupduru adamlardan biri də 10-dən çox yaxından tanıdığım, çoxböyük insan, çox böyük ziyalı və çox böyükhəkim Köçəri Əkbər oğlu İsmayılovdur. O Köçəri həkim ki, öz sadəliyi, səmimiyyətivə insani dəyərlərilə həmişə başqalarından seçilib. Dağ vüqarlı, çinar əzəmətlibu insan Laçın rayonundandı. Laçında necə təmiz, dupduru olubsa, Bakıda da həmincizgilərini və xarakterini qoruyub saxlamağı bacarıb. Və məni Köçəri həkimləyaxın dostum və qardaşım Daşdəmir Əjdəroğlu ("Azərbaycan” qəzetinin məsulkatibinin müavini – F.Q) tanış eləyib.

... Həyatyoldaşım çox möhkəm xəstələnmişdi. O həkim yox idi ki, yanına aparmayım. Heçbir həkim onun dərdinə əlac tapa bilmərdi. Axırda Köçəri həkimin yanına getdik,o müayinə elədi və müalicə yazdı. Təsəvvür edin ki, xanımım bütün günü səhərdənaxşama qədər öskürürdü. Düz bir il yarım idi ki, bronxları tutulmuşdu və xəstəliyidaha şiddətlənirdi. Köçəri həkimin ikikurs müalicəsindən sonra o yavaş-yavaş özünə gəldi və axırıncı kurs başaçatandan sonra həkimin yanına gedib yenidən müayinədən keçdi. Köçəri həkim onumüayinə edəndən sonra soyuqdəymənin tamamilə çəkildiyini dedi. Düz 5 ildir ki,xanımım şükürlər olsun tay xəstələnmir.

Hər həkiminişi deyil ki, xəstəyə vicdanla yanaşsın. İndi həkim çoxdur. Amma gəlin onunlarazılaşaq ki, vicdanlı həkimlər o qədər də çox deyillər. Bir həkimin yanınagedirsən, resepti götürüb 6-7 dərman yazır. Amma Köçəri həkim cəmi iki ucuz dərmanlamənim həyat yoldaşımı həyata qaytardı.

Bir dəfədə qardaşım möhkəm öskürürdü. Dedim ki, Köçəri həkimin yanına get! O da Köçərihəkimin yanına gedib müayinə olunur vəKöçəri həkim bildirir ki, sənin ciyərində heç bir soyuqlama yoxdur. Getexo- kardioqrama elətdir. Kardioqrama zamanı aşkar olunur ki, qardaşımın ürəyindəçox böyük qüsur var. Ürəyin gücü 15 faizə enib. Qardaşım təcili Mərkəzi KlinikXəstəxanada anju olundu. Onda da məlum oldu ki, onun damarlarının hamısı 100faiz tutulub. Sadəcə olaraq, Allah-Təala əlavə bir damar yaradıb, o damar vasitəsiləyaşayıb. Bakıda heç bir həkim və heç bir kardio-cərrah ürək əməliyyatınıboynuna götürmədi. Hətta dedilər ki, təyyarəyə minsə öləcək! Biz risk edib onuİstanbula apardıq, dünya şöhrətli türk kardio-cərrah, doktor, professor MehmetSaleh Bilal açıq ürək əməliyyatı apardı və qardaşımı ölümün pəncəsindən aldı.Göydə Allah, yerdə türk həkimi, Bakıda isə Köçəri İsmayılov qardaşımı həyata qaytardılar. Yəni onun düzgünmüayinəsi və məsləhəti qardaşımın həyatınıxilas elədi.

Qohum-əqrəbadakimsə xəstələnəndə o dəqiqə yadıma Köçəri həkim düşür. Çünki Köçəri həkim dünyamalında gözü olmayan çox istedadlı, çox savadlı, çox böyük insandı. Onunböyüklüyü odur ki, hər bir xəstəyə öz doğması kimi baxır və ondan da nəsəummur. Bu cür həkimlər barmaqla sayıla bilər. Və mən də həmişə onun yanınaimkansız, kimsəsiz adamları göndərmişəm. Heç elə adamlar var tanımamışam.Görmüşəm ki, öskürəyi kəsmir, Köçəri həkimin ünvanını vermişəm. Həmin adam da gəlibməni axtarıb, tapıb, minnətdarlıq edib ki, Allah köməyin olsun, getdim o həkiminyanına o da məni sağaltdı.

Mənimçox dostlarım var. Amma onların arasında həkim dostlarımı daha çox istəyirəm.Çünki həkim dostlarım həddindən artıq ziyalı, intellektual və səmimiadamlardılar. Tibb elmləri doktoru Müşfiq Həsənov, tibb elmləri doktoru,kardio-cərrah Firdovsi İbrahimov, tibb elmləri namizədi, kardoioloq RafiqYusifli, tibb elmləri namizədi Köçəri İsmayılov, tibb elmləri üzrə fəlsəfədoktoru Aynur xanım və ən nəhayət, gözəl həkim, nevropotoloq İdrak Həsənov!Bunlar gözəl həkim olmaqla yanaşı, böyük də insandılar. Bunlar öz xalqını, millətini sevən həkimlərdilər. Vəbunlar hər şeydən öncə xəstəni sağaldıb həyata qaytarmaq haqqında düşünürlər.

Deyirlərki, həkimlər Allahın Yer üzünə göndərdiyi mələklərdi. Amma bu sözləri də hər həkimhaqqında demək düzgün deyil. Çünki elin gözü tərəzidir. Lap biz desək ki,filankəs həkim mələkdir, onu tanıyan xəstələr bizim dediyimizin əksini söyləyəcəklər:və deyəcəklər ki, gözünün içinə qədər yalan danışırsan! Axı biz onu yaxşıtanıyırıq. Əgər kimsə həkimini yaxşı tanıyırsa, heç vaxt onu aldatmaq, yolavermək mümkün deyil.

Buyaxınlarda özümü narahat hiss elədim. Gördüm ki, öskürəyim kəsmir. Köçəri həkiməzəng vurdum, dedi ki, yerimdə olacam, istənilən vaxt gəl! Mən də səhərsaatlarında onun işlədiyi 1 saylı şəhər Klinik Xəstəxanasının birinci korpusunagetdim. 3-cü mərtəbəyə qalxdım və əyləşdiyi otağın qapısını döydüm. Düz 5 ilidi ki, görüşmürdük. Görən kimi tanıdı və ilk sözü də bu oldu ki, nə yaxşıözünü qoruyub saxlamısan, əvvəlki kimi kök deyilsən. Təbii ki, bizim dərdimizeyni olduğuna görə, bir-birimizi daha yaxşı anlayırıq; Laçın da işğalaltındadı, Füzuli də! Amma gördüm ki, bu 5 ildə Köçəri həkim bir az da qocalıb,bir az da vətən dərdi onu sarsıdıb. Yenə Laçından danışdıq, Füzulidən söhbətaçdıq. Dedik ki, ora qayıtsaq, dərdimiz olmaz. Söhbət eləyə-eləyə məni müayinəelədi. Ürəyimin döyüntülərini, təyziqimi yoxladı. Bildirdi ki, ciyərimin sağ tərəfindəsoyuqlama var. Cəmi iki dərman yazdı. Və bu dərmanın da dəyəri 10 manat 50 qəpikelədi. Elə həmin gün də bu dərmanları qəbul etməyə başladım. Deyəsən,yavaş-yavaş ciyərimdəki soyuqlama çəkilməyə başlayır...

Çox səmimi,çox sadə adam, çox halal adam tanıyıram. Və o səmimi, sadə, halal adamların arasında Köçəri İsmayılovunöz yeri var. Ən azından ona görə ki, o, yanına gələn bütün xəstələrlə onlarınöz dilində, öz ruhunda danışmağı bacarır. Və ən azından başqa həkimlər kimi "səninvəziyyətin ağırdır, sənin vəziyyətin qorxuludur” deyib xəstəni həyəcanlandırmır.Bəlkə də xəstənin vəziyyəti çox ağırdı ha, amma Köçəri həkim ona elə ürək-dirəkverir ki, xəstə bu müalicədən sonra sağalacağına inanır.

Kimdeyir ki, Azərbaycanda savadlı, istedadlı və təcrübəli həkimlər yoxdur? Bizim məmləkətdəheç Türkiyədən, İrandan, hətta Avropa ölkələrindən geri qalmayan çox savadlı vəvicdanlı həkimlər var. Elə adını və soyadını yuxarıda sadaladığım o həkimlərinheç biri Avropa həkimlərindən geri qalmır. Sadəcə olaraq, ölkəmizdə bu cür həkimlərəşərait yaratmaq və onlara arxa durmaq lazımdır. Və bir də insanlar reklama, təbliğatamaraq göstərib tanımadıqları həkimlərin qapısının ağzında növbəyə durmasınlar.

ViktorHüqonun gözəl bir kəlamı var: "Vicdan insanın Allahıdır”. Həkimlikdən də öncəonun vicdanı və Allaha yaxın olmağıdır. Bax, terapevt-həkim Köçəri Əkbər oğluİsmayılov da belə Allaha yaxın, vicdanlı, böyük həkimlərdən, böyük insanlardan,böyük ziyalılardan biridir. Və Allah-Təala həmişə həkimlərin əliylə insanlarıölümün pəncəsindən xilas edir. Belə həkimlərin sayı nə qədər çox olsa, bir o qədərdə bu millətə, bu xalqa xeyirləri dəyəbilər. Allah onları qorusun! Allah onları qoruyacaqsa, elə onların əliylə bizidə qoruyacaq...


TƏQVİM / ARXİV