adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
28 Iyun 2019 12:52
87109
HÜQUQ
A- A+

12 nəfəri viza düzəltmək adı ilə aldadan şəxs saxlanılıb

Sumqayıtda 12 nəfəri viza düzəltmək adı ilə aldadan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt ŞPİ-nin əməkdaşları dələduzluq etmiş H.Ağayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2017-ci ilin noyabr ayından 2018-ci ilin noyabr ayınadək olan müddətdə 12 nəfəri viza düzəltmək adı ilə aldadaraq, onlardan ümumilikdə 56913 manat pul aldığını müəyyən ediblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.