adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
28 Iyun 2019 12:48
25793
KRİMİNAL
A- A+

Göyçay sakininin evində narkotik vasitə aşkar olunub

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Birinci Ərəbcəbirli kənd sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Polad Qəribov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan 480 qram narkotik vasitə olan marixuana və 2 ədəd şprisdə heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.