viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Hansı çimərliklərə getmək olar? - Monitorinqin nəticələri Adalet.az | Hansı çimərliklərə getmək olar? - Monitorinqin nəticələri Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Hansı çimərliklərə getmək olar? - Monitorinqin nəticələri

3566    |   2019-06-28 12:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 24-27 iyun tarixlərində çimərlik ərazilərində növbəti monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Nazirlikdən Adalet.az -a verilən məlumatına görə, idarənin direktoru Ərəstun Həsənov bildirib ki, analizlərin nəticələri bundan əvvəl keçirilən monitorinqlərin nəticələri ilə eynidir:

"Belə ki, bu dəfə də Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Novxanı, Zaqulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə yararlıdır, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu isə mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil".

ETSN-nin rəsmisi Xəzərin şimal və cənub bölgələrində də monitorinqlərin aparıldığını qeyd edib:

"Nəticələrə görə Xaçmazın Yalama, Seyidlər və İstisu (Müxtədir) çimərlik ərazilərində dəniz suyu istifadə üçün yararlı, Nabran ərazisinin dəniz suyu isə çimərlik məqsədilə qeyri-qənaətbəxş hesab olunur. Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərdə dəniz suyunun tərkibi normalara uyğun olaraq həmin ərazilərdən çimərlik məqsədilə istifadəyə imkan verir".

Ə.Həsənovun sözlərinə görə, hər həftə ETSN-nin mütəxəssisləri tərəfindən çimərliklərdə monitorinqlər keçiriləcək, dəniz suyundan nümunələr götürüləcək və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.



İmza:
SON XƏBƏRLƏR
2019-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK