deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqənin müddəti uzadıldı Adalet.az | Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqənin müddəti uzadıldı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqənin müddəti uzadıldı

7403    |   2019-06-28 12:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı elan etdiyi açıq heykəltəraşlıq müsabiqəsinə layihələrin qəbul müddəti avqustun 31-dək uzadılıb.

Adalet.az xəbər verir ki, bu barədə qərar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun Heydər Əliyev Fonduna 27 iyun 2019-cu il tarixli məktubu və bir sıra heykəltəraşların müraciətlərinə əsasən qəbul olunub. Müraciətlərdə eskizlər üzərində işin başa çatdırılması baxımından müsabiqənin müddətinin uzadılması xahiş edilib.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin "İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur.

Müsabiqədə iştirak üçün ərizə və eskiz təqdim olunmalıdır.

Müsabiqədə iştirakın şərtləri:

  • Müsabiqədə landşaft memarlığı, bağça-park və şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar heykəltəraşlar iştirak edə bilərlər.

  • Namizədlər müsabiqədə iştirak etmək üçün müəyyən olunmuş nümunə üzrə ərizə təqdim etməlidirlər. Ərizə bilavasitə namizəd tərəfindən doldurulur. Ərizənin bütün bəndlərinin doldurulması mütləqdir. Müsabiqədə iştirak üçün yalnız müəllifliyi şəxsən namizədə aid olan eskizlər qəbul edilir.

  • Namizədlər tərəfindən göndərilmiş sənəd və materiallar geri qaytarılmır və onlar üçün ödəniş edilmir. Müəllif hüquqlarının pozulmasına (plagiata) görə məsuliyyəti müsabiqəyə müvafiq materialları göndərən şəxs daşıyır.

  • Müəllif ərizə və nəzərdən keçirilməsi üçün yaradıcılıq ideyasının ən azı iki eskizini (maketini) təqdim etməklə (elektron şəkildə təqdim etmək də mümkündür) seçim mərhələsinin iştirakçısı olur. İştirak üçün ərizə və eskizləri (maketləri) Heydər Əliyev Mərkəzinə (Bakı şəhəri, Heydər Əliyev prospekti, 1) təqdim etmək və ya elektron poçt vasitəsiləcontest@heydar-aliyev-foundation.orgünvanına göndərmək lazımdır.

  • Müsabiqənin təşkilat komitəsi verilmiş ərizə və eskizlər arasından bir qalibi müəyyənləşdirir. Müsabiqə iştirakçılarının seçimi aşağıdakı meyarlar üzrə həyata keçirilir: mövzuya uyğunluq, müəllif mülahizəsinin və icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim edilmiş kompozisiyanın materialın emal texnologiyasına uyğunluğu.

Hər bir heykəl həm ayrılıqda bir müəllif, həm də həmmüəlliflər tərəfindən hazırlana bilər. Həmmüəlliflərin sayı 3 nəfərdən artıq olmamalıdır.

Heykəlin ucaldılması müəllifin və ya onun müvəkkili olan şəxsin bilavasitə müşahidəsi altında, müsabiqənin təşkilatçısı tərəfindən seçilmiş yerdə həyata keçiriləcəkdir.

Münsiflər heyətinin üzvləri:

  • Vaqif Əliyev – Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini
  • Fərhad Xəlilov – Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı
  • Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar
  • İsmayıl Hüseynov – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri
  • Emin Məmmədov – Heydər Əliyev Fondunun incəsənət məsələləri üzrə eksperti, Əməkdar incəsənət xadimi
  • Məhəbbət Mehdiyeva – Heydər Əliyev Mərkəzinin departament direktoru, Əməkdar incəsənət xadimi
  • Akif Əsgərov – Xalq rəssamı, heykəltəraş, professor
  • Rahibə Əliyeva – AMEA Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru
  • Qalib Qasımov – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri, sənətşünas.
  • Əlavə məlumat üçün telefon: (+99450) 295 02 09




    İmza:

    Səhnə həyat nurumdur

    “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” - JEM-dən yeni layihə - Video

    Qədir Rüstəmov: Sarı Gəlin - VİDEO

    Akif İslamzadə: Sarı gəlin - VİDEO

    "Nəsimi ili" mövzusunda jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib

    Şəhriyar İmanov: "Nəbz" (Hindistan, canlı ifa)

    Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı

    Xalq artisti Yalçın Rzazadə təcili xəstəxanaya yerləşdirildi

    Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası başa çatıb

    Dünya İrs Komitəsinin 43-cü sessiyasının son işçi iclası keçirilib

    Yaqub Mahmudov: “Şəki tək tarixi abidələri ilə məşhur deyil”

    Azərbaycanda tarixi abidənin dağıdılmasına görə araşdırma başladı

    SON XƏBƏRLƏR
    2019-07-15


    VİDEO



    ƏDALƏT BU GÜN
    Redaktor seçimi
    FOTOREPORTAJ
    GÜNÜN SİTATI
    SORĞU
    Yay tətilini harada keçirəcəksiniz?

    Evdə (77.57%)
    İşdə (22.43%)

    ÇOX OXUNAN
    GÜNÜN LƏTİFƏSİ

    İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

    - İki pivə xahiş edirəm!

    İkincisi əlavə edir:

    - Təmiz bakalda olsun xahiş edirəm!

    Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

    - Təmiz bakalda kim istəmişdi?





    digər lətifələr
    ARXİV
    FACEBOOK