adalet.az header logo
  • Bakı 11°C
28 Iyun 2019 12:18
9882
HADİSƏ
A- A+

DİN dəhşətli qəza haqda məlumat yaydı – 2 ölü, 4 yaralı

Daxili İşlər Nazirrliyi Biləsuvarda baş veürmiş dəhşətli qəza barədə məlumat yayıb.

DİN-dən verilən məlumata görə, iyunun 27-də saat 14 radələrində Biləsuvar şəhəri ərazisində İsmətli kənd sakinləri - A.Məmmədovun idarə etdiyi "VAZ-21015” və Ş.Dövlətovun idarə etdiyi "Lada Priora” markalı avtomobillər toqquşub. Nəticədə A.Məmmədovun sərnişinlərindən həmkəndliləri - Şükufə Tağıyeva və Güllübəyim Hüseynova hadisə yerində ölüb, hər iki sürücü və 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.