Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Füzulidə ümumrayon müşavirəsi keçirilib Adalet.az | Füzulidə ümumrayon müşavirəsi keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Füzulidə ümumrayon müşavirəsi keçirilib

4648    |   2019-06-28 11:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Horadiz şəhərindəki Muğam Mərkəzinin binasında Füzuli rayonunda İcbari Sığorta haqqında qanunun icra vəziyyətinin gedişi və kənd təsərrüffatı ilə əlaqədar ümumrayon müşavirəsi keçirilib.

Müşavirədə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, ölkədə uğurla həyata keçirilən sosial layihələrdə Füzuli rayonunun fəal təmsil olunduğunu vurğulayıb. Rayon rəhbəri aqrar sektorun dirçəldilməsinin rayon üçün uğurlu nəticələr verdiyini diqqətə çatdırıb. O, bu il füzulilərin 50 tona yaxın barama istehsal etdiklərini, bunun isə qısa müddətdə rayon əhalisinə 450000 manat məbləğində qazanc gətirdiyini müşavirə iştirakçılarına çatdırıb. 
Bu günə qədər rayonda 100000 tondan artıq taxıl istehsal olunduğunu diqqətə çatdıran Alı Alıyev çuğundur və pambıqçılıq kimi kənd təsərrüaffatı sahələrinə də böyük maraq göstərildiyini bildirib. Rayon rəhbəri əldə olunan bütün uğurların dövlət tərəfindən həyata keçirilən düzgün aqrar siyasətin nəticəsi olduğunu qeyd edib.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov deyib, bütün digər sahələr kimi, dövlət sığorta siyasəti də əhalinin rifah halının yüksəldilməsinə xidmət edir. Bu istiqamətdə rayon ərazisində mühüm addımlar atılmasına idarə, müəssisə, təşkilat kollektivlərinin sığortaya cəlb olunması üçün maarifləndirici tədbirlər görülməsinə baxmayaraq hələ də nöqsanların olduğu diqqətə çatdırılıb. Bu barədə lazımi işlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Daha sonra Rayon Məşğulluq Mərkəzinin müdiri S.İsmayılov çıxışında son dövürlər əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təminatı istiqamətində həm ölkə başçısı İlham Əliyevin, həm Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdikləri sosial layihələrin rayonda uğurla reallaşdırıldığını qeyd edib.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyev mövcud nöqsanların aradan qaldırılması, dövlət siyasətinin ciddi məsuliyyətlə yerinə yetirilməsi, vətəndaş-məmur münasibətlərinin daim nəzarətdə saxlanması istiqamətində tövsiyə və tapşırıqlarını verib.




İmza:
SON XƏBƏRLƏR
2019-10-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK