adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
28 Iyun 2019 11:37
10783
MƏMLƏKƏT
A- A+

Dövlət İmtahan Mərkəzi məktəb direktorlarına müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün ümumtəhsil müəssisəsələrində buraxılış sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi prosesinə başlayıb.

DİM-dən verilən məlumata görə, bununla əlaqədar olaraq ümumtəhsil müəssisələri "Şagird-məzun" dövlət elektron məlumat sisteminə buraxılış sinif şagirdlərinin illik qiymətlərini vaxtında, tam və düzgün daxil edib təsdiqləməlidirlər.

"Xatırladırıq ki, İnzibati Xətalar Məcəlləsinin 599-cu maddəsinə əsasən ümumi təhsil və peşə təhsili müəssisələrinin "Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə-vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 2 500manatdan 3 000manatadək məbləğdə cərimə edilir”,- DİM bəyan edib.