adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Iyun 2019 10:28
9147
GÜNDƏM
A- A+

Azərbaycan hərbçiləri Belarusda hərbi paradda iştirak edəcək

Azərbaycan Ordusunun bayraqdarlar heyəti iyulun 3-də keçiriləcək Belarus Respublikasının Müstəqillik Gününə həsr olunan hərbi paradda iştirak etmək üçün Minsk şəhərinə gediblər.

Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycanın hərbi qulluqçuları digər ölkələrin parad heyətləri ilə birlikdə hazırlıq məşqlərinə başlayıblar.

Qeyd edək ki, hərbi paradda Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı Belarus Respublikası, Rusiya Federasiyası və Çin Xalq Respublikasının parad heyətləri də iştirak edəcəklər.