hacklink Adalet.az | Dəhşətli qəzada yaralanaraq Bakıya gətirilən sürücünün VƏZİYYƏTİ Adalet.az | Dəhşətli qəzada yaralanaraq Bakıya gətirilən sürücünün VƏZİYYƏTİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Dəhşətli qəzada yaralanaraq Bakıya gətirilən sürücünün VƏZİYYƏTİ

2964    |   2019-06-28 10:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən gün Biləsuvar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü Bakıya gətirilib.

Trend-in məlumatına görə, xəsarət alanlardan biri 1955-ci il təvəllüdlü Dövlətov Şakir Əhməd oğlu ötən gün təcili tibbi yardım avtomobili ilə Bakıya - 1 saylı Kilinik Tibbi Mərkəzə çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, Ş.Dövlətov hazırda üst çənə şöbəsində müalicə alır. Ona çənə sınığı diaqnozu qoyulub, vəziyyəti stabildir.

Qeyd edək ki, ötən gün Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib ."LADA" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, iki nəfər isə dünyasını dəyişib.



İmza:
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO