adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Iyun 2019 17:50
50022
MƏDƏNİYYƏT
A- A+

Mədəniyyət Nazirliyində Hindistanın nümayəndə heyəti ilə görüş keçirildi

2019-cu ilin 27 iyun tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Nazir müavini Rafiq Bayramov ilə Hindistanın nümayəndə heyəti arasında görüş keçirildi.

Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfiri Əşrəf Şıxəliyevin də qatıldığı nümayəndə heyətinə Hindistanın iri korporasiyalarını birləşdirən Global Korporativ Xidmətlər Assosiasiyası (GACS) təşkilatının rəhbərləri daxil idi.

Nazir müavini Rafiq Bayramov nümayəndə heyətini səmimi salamladıqdan sonra qədim tarixi köklərə dayanan Azərbaycanla Hindistan əlaqələrinin uğurla inkişaf etdiyi vurğuladı, qarşılıqlı mədəni tədbirlərin və layihələrin həyata keçirilməsində hər iki ölkənin maraqlı olduğunu açıqladı. Bildirildi ki, Azərbaycan müxtəlif mədəniyyət elementlərini özündə birləşdirən multikultural ölkədir və bu baxımdan Hindistanla oxşar xüsusiyyətlərə malikdir. Azərbaycanda son dövrlərdə mədəniyyət və turizm sahələrində ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu islahatlardan danışan Nazir müavini, bu yeniliklərin ölkə iqtisadiyyatına və xarici ölkələrlə ikitərəfli əlaqələrin inkişafına müsbət təsirini qeyd etdi.

Bununla yanaşı Nazir müavini Azərbaycanla Hindistan arasında birbaşa aviareyslərin açılmasından, özəl sektor sahəsində əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışdı. Xüsusilə kino industriyası üzrə Hindistanın zəngin təcrübəyə malik olması və bu sahədə iki ölkə arasında birgə maraqlı layihələrin həyata keçirilməsi əməkdaşlığın inkişafına böyük töhfə ola bilər.

Hindistanın nümayəndə heyəti Azərbaycanla mədəniyyət sahəsində birgə maraqlı layihələrin işlənilməsində maraqlı olduğunu ifadə etdi. Mədəniyyət nazirinin müavini Rafiq Bayramov əməkdaşlıq üçün geniş imkanların olduğunu və azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən lazım olduğu təqdirdə təşkilati dəstəyin göstəriləcəyini bildirdi.

Görüşün sonunda qonaqlara Azərbaycan mədəniyyəti haqqında bələdçi kitablar hədiyyə edildi.