hacklink Adalet.az | Deputat Xəzərin sahilinin hasarlanmasını PİSLƏDİ Adalet.az | Deputat Xəzərin sahilinin hasarlanmasını PİSLƏDİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Deputat Xəzərin sahilinin hasarlanmasını PİSLƏDİ

10815    |   2019-06-27 14:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Xəzər dənizinin Azərbaycan hissəsinə diqqət yetirsək, çox təəssüfedici mənzərə ilə üz-üzə qalırıq. Elə etmək lazımdır ki, dənizin sahilində ərazilər tam təmiz olsun və ətraf mühitə zərər yetirilməsin. Dəniz Nabrandan başlayaraq Abşeron ərazisinə qədər çirklidir. Bu natəmizlik aradan qaldırılmalıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, dənizin sahilini turizm zonasına çevirmək mümkündür:

"Xəzər dənizinin sahili başdan-başa hasarlanıb, insanların istirahətinə imkan verilmir, obyektlərin hərəsi bir qiymət qoyur. Qanunvericilikdə dəyişiklik edərək bunu sərtləşdirmək lazımdır. Bu hasarlanmalar aradan qaldırılmalıdır. Xəzər dənizinin kilometrlərlə hasarlanmış sahəsi bir nəfərin, bir neçə ailənin ixtiyarına verilə bilməz. Deputatlar bu məsələ ilə bağlı sərt mövqe ortaya qoymalıdırlar”.

Parlamentin vitse-spikeri Valeh Ələsgərov isə deyib ki, bu məsələlər qanunvericilikdə əksini tapıb, icrasını isə dövlət qurumları həyata keçirməlidir.




İmza:

Azərbaycan Albaniyaya 500 min avroluq yardım edib

Müxalifət funksioneri "boykot" çağırışına görə Əli Kərimlini "ağ yuyub, qara sərdi"

Türkiyə XİN ABŞ Senatının qətnaməsini kəskin pislədi

“Dövlət siyasətində qadınlara böyük önəm verilir” - Nazir müavini

Naxçıvanda yeni publik hüquqi şəxs yaradıldı

Siyavuş Novruzov: "Milli Şura" zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmir

Xələf Xələfov Gürcüstan-Azərbaycan sərhədində baş verən insident barədə: “Təxribat xarakterli deyil”

Nazirlər Kabineti rəsmisi: "İslahatlar davam edir"

Səfir: "Heydər Əliyev atdığı hər bir addımdan örnək götürülməli olan böyük bir liderdir"

Xoşbəxt Yusifzadə: Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir

Hikmət Hacıyev Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır

Yazdığım yazıya görә mәhkәmәyә verilməyimdə birbaşa İsa Qəmbərin әli var - - Jurnalist

SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO