adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Iyun 2019 12:56
28994
İQTİSADİYYAT
A- A+

Turizm Bürosu: “Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalmayıb”

"Rusiya həmişə Azərbaycan üçün ən perspektivli bazar olub. Eyni zamanda ordan gələn qonaqlar da bizim üçün əhəmiyyətlidir" .

Bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqatşmid deyib. O bildirib ki, hazırda yaranan situasiyada Rusiya bazarını Azərbaycana çəkmək üçün müxtəlif təşviq kampaniyaları haqqında düşünülür:

"Hansısa bir şəxs Batumidə istirahət planlaşdırıbsa, bu o demək deyil ki, o mütləq Azərbaycana gələcək. Hazırda turizmdə beynəlxalq rəqabət mövcuddur. Turistlər həmçinin Türkiyəni , digər region ölkələrini seçə bilərlər. Bu baxımdan elə etməliyik ki, turistlər Azərbaycana üz tutsunlar". Direktorun sözlərinə görə, son baş verən hadisələrdən sonra Gürcüstana gedən azərbaycanlıların sayında azalma müşahidə edilmir:

"Azərbaycan Gürcüstan üçün əsas bazarlardan biridir. Bu baxımdan bizdən ora gedənlərin statistikasında dəyişiklik yoxdur. Bir daha qeyd etmək istəyirəm ki, bizim məqsədimiz onların Azərbaycana gəlişini təmin etməkdir".

  • Zenqatşmid həmçinin turistlər üçün tibbi sığortadan da söz açıb:
  • "Düşünmük ki, tibbi sığortanın mütləq şəkildə dövlət tərəfindən qarşılanması və turistlərdən tələb olunması önəmlidir. Çünki bu , məhdudlaşdırıcı faktor kimi qəbul oluna bilər. Biz əsas düşünür ki bu, yerli şirkətlər tərəfindən təmin olunmalıdır. Onlar gələn qonaqlarını sığortalamalıdırlar. Hələ ki, bu cür təşəbbüslə çıxış etmək fikrimiz yoxdur".