adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Iyun 2019 12:50
10186
GÜNDƏM
A- A+

Bu ilin büdcəsində dəyişiklik olacaq - Milli Məclis “HƏ” dedi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "2019-cu il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib.

Ölkədə minimum əmək haqqının və pensiyanın artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin200milyon manat, İşsizlikdən Sığorta Fondunun isə büdcəsinin15milyon manat artırılması zərurəti yaranıb.

Həmin xərclərin qarşılanması üçün məcburi dövlət sosial sığorta haqları üzrə350milyon manat məbləğində əlavə daxilolma nəzərdə tutulur.

Bununla əlaqədar "Büdcə sistemi haqqında” qanunun tələbləri gözlənilməklə əlavə 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin215milyon manat artırılması və dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün fonda ayrılan vəsaitin məbləğinin150milyon manat azaldılması nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib.