hacklink Adalet.az | Dənizi çirkləndirən obyekt sahibləri cəzalandırılıb Adalet.az | Dənizi çirkləndirən obyekt sahibləri cəzalandırılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Dənizi çirkləndirən obyekt sahibləri cəzalandırılıb

4874    |   2019-06-27 11:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri ilə birgə növbəti reydlər keçirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, reydlər zamanı Sumqayıt şəhərinin Xəzər dənizinin sahil zolağında fəaliyyət göstərən "Duyğu”, "Liman”, "Atlantida”, "Narınqala” və "Flaqman” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib.

Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə cavabdeh şəxslər Etibar Məmmədov, Mehriban Kılıc, Ələkbər Qarayev, Süleyman Məmmədov, Amil Mirzəquliyev barəsində protokol tərtib olunub və onların hər biri vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.

Çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi olan "məcburi göstəriş”lər verilib. Eyni zamanda, qurğular quraşdırılanadək sözügedən obyektlərin fəaliyyətlərinin dayandırılması ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi qarşısında vəsatət qaldırılıb.




İmza:

İlham Əliyev və birinci xanım Şamaxıda ağac əkdi

Xızıda ağacəkmə aksiyası keçirilib

Atəşkəs rejimi 23 dəfə pozuldu

Xaldan-Şəki magistralı və Şəki şəhərinin giriş yolu yenidən qurulur

Xəzər rayonunda avtomobil yollarının yenidən qurulmasına 11,8 milyon manat ayrılıb

Bakıda 5 marşrut xətti müsabiqəyə çıxarılır

Bakıda vəziyyətləri pisləşən tələbələr xəstəxanadan evə buraxıldılar

RƏŞAD MAHMUDOV VƏ MİRCƏLAL KAZİMİ ƏZRAYILA MEYDAN OXUDULAR

Yeni il bayram tətilinin fasiləsizliyi və uzunmüddətliliyi təmin edilib - Nazirlər Kabineti

Bakıda məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı

Məleykə Abbaszadə: Dövlət idarəetmə sistemindəki islahatlar standartların dəyişməsinə dəlalət edir

BİZ HANSINDANIQ?

SON XƏBƏRLƏR
2019-12-06
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK