adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Iyun 2019 10:52
16197
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: SEÇDİM

Açılan bu səhərçün
Sənin adını seçdim...
Ona adını qatıb -
Sənin dadını seçdim...

Bənzədiyim , saraya -
Ömrü, qoydum araya...
Nə düşdüsə paraya -
Sənə, şadını seçdim...

Baxt tapmadım baxt kimi
Ömrümə tac, taxt kimi...
Sevgimə paytaxt kimi -
Mən Sən QADINI seçdim!

Harasa çatırmadım,
Susdum , ad batırmadım!..
Hadini xatırladım -
Son həyatını seçdim!