adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Iyun 2019 10:26
23326
SİYASƏT
A- A+

Azərbaycandakı diplomatlar Şəkiyə getdilər

2019-cu ilin 27-28 iyun tarixlərində Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin regionlarının inkişafı və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə tanış olmaq məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən 50-dən artıq diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Şəki və Zaqatala rayonlarına tanışlıq səfərləri həyata keçirilir.

Səfər çərçivəsində xarici diplomatlar Şəki rayonunda "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq qoruğu, Xan Sarayı, "ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, Yuxarı Karvansaray, "Şəki Şərab” Azərbaycan Sənaye Korporasiyası və Kiş kəndində qədim Alban məbədi ilə tanış olacaqlar.

Diplomatlar, eyni zamanda Zaqatala rayonunda "Heydər Əliyev Mərkəzi”, Tarix-Mədəniyyət qoruğu, Heydər Parkı, Dədə Qorqud Meydanı, Alban kilsəsi, Tarix-Diyarşünaslıq Muzeyi,eləcə dəFındıq emalı zavodu, "Azroze MMC” və "Azərtütün” MMCilə tanış olacaqlar.