adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Iyun 2019 17:47
9708
GÜNDƏM
A- A+

NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilidi

Azərbaycan Silahlı Qüvvələrinin yaranması və ölkəmizlə NATO arasında tərəfdaşlığının 25-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Şimali Atlantika Alyansı Təşkilatı yanında Nümayəndəliyi tərəfindən NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında rəsmi ziyafət və fotosərgi təşkil olunub.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Tədbirdə NATO-nun üzvü olan və tərəfdaş ölkələrinin Alyans yanındakı səfirləri, hərbi nümayəndələri, diplomatik korpusun, NATO-nun Beynəlxalq Qərargahının və Beynəlxalq Hərbi Qərargahının üzvləri, NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının rəsmiləri iştirak ediblər.

Tədbirdə qonaqlara Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişaf tarixi ilə yanaşı, ölkəmizin NATO ilə 25 illik çoxşaxəli əməkdaşlığı, sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi töhfələr və Avroatlantik məkanda sülhə nail olmaq istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətlər barədə məlumatlar verilib.

Rəsmi qəbulda qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.