hacklink Adalet.az | Nazirlik Aprel döyüşlərində şəhid olan hərbçilərin övladları üçün pulsuz təlimlər təşkil edir Adalet.az | Nazirlik Aprel döyüşlərində şəhid olan hərbçilərin övladları üçün pulsuz təlimlər təşkil edir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Nazirlik Aprel döyüşlərində şəhid olan hərbçilərin övladları üçün pulsuz təlimlər təşkil edir

5634    |   2019-06-26 16:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin təşkilatçılığı, "Mars Academy”, AREA-Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və "Engineering for Kids” şirkətinin tərəfdaşlığı ilə 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə şəhid hərbçilərin övladları üçün tədbir keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə 2016-cı ilin aprel döyüşlərində şəhid olan hərbçilərin övladlarına robotiks master-klası təşkil olunub. Eyni zamanda, onlar dron uçuşlarında iştirak edərək əyləncəli zaman keçiriblər.

Onların inkişafı üçün müxtəlif intellektual oyunlar və müsabiqələr də təşkil edilib. Uşaqlara robotların işləmə mexanizmləri və dron texnologiyaları, onların yığılması, test edilməsi əyani şəkildə izah edilib.

Tədbirdə bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Robopark” layihəsi çərçivəsində robototexnika dərnəyi fəaliyyət göstərir. Bu dərnəklərdə yay ərzində robototexnika kursları və dron uçuşları təlimləri keçirilir. Aprel döyüşlərində şəhid olan hərbçilərin övladları öz seçimləri əsasında istədikləri təlimdə iştirak edə bilərlər.

Qeyd edək ki, sözügedən təlimlər aprel döyüşlərində şəhid olan hərbçilərin övladları üçün ödənişsiz olacaq.




İmza:

BAXIN ÇƏRLƏYİN - VİDEO

Dünyanın yanan mənzərəsi: alovlar, dəhşətlər, faciələr...

Azərbaycanda sənaye istehsalı sahəsində kiçik müəssisələr açılacaq

Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində yer alıb

Sabaha saxlamayaq: "Ümummilli lider Heydər Əliyev xatirələrdə" - Video

Seçki məntəqələrinə çip oxuyan qurğular paylanılacaq

Növbədənkənar parlament seçkilərində 71 nəfərin namizədliyi təsdiq olunub

Gəncədə şəhid ailələri və müharibə əlillərinə mənzillər verilib

Siraqəddin Cabbarov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Qazaxıstan Prezidentini təbrik edib

Prezident İlham Əliyev Bəhreyn kralını təbrik edib

İran bu ölkələrə 14 min ton alma ixrac edib

SON XƏBƏRLƏR
2019-12-16
2019-12-14
2019-12-13


VİDEO