adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Iyun 2019 15:09
8968
HADİSƏ
A- A+

Kəmaləddin Heydərov və Eldar Əzizov yanğın baş verən yerə getdi - YENİLƏNİB

Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında baş vermiş yanğın nəticəsində təqribən 6 ha ərazidə quru ot, kol-kos, ətrafa dağılmış tikinti materialları (istifadəyə yararsız), bəzi həyətyanı sahələr yanıb, 2 fərdi yaşayış evinə qismən zərər dəyib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülkü müdafiə qoşunlarının canlı qüvvəsi (120 nəfər) və texnikası (18 ədəd) cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Yanğın yerinə 50 nəfərlik şəxsi heyət və15 maşın cəlb olunub. Yanğın söndürülüb.

Saat 14:29

Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğının baş verdiyi hadisə yerinə gəliblər.

Saat 13:31

Zığ şosesində fərdi yaşayış evlərində yanğın baş verib.

Adalet.az-ın övqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.