adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Iyun 2019 14:12
5581
HADİSƏ
A- A+

Xırdalanda azyaşlını vurub qaçan sürücü saxlanıldı

İyunun 25-də saat 18 radələrində Xırdalan şəhərinin Nizami küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı Məhəmməd Xəlilov vurulub və hadisə yerində həyatını itirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "KamAZ” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Masazır kənd sakini F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.