Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bakıda 12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı RƏSMİ AÇIQLAMA Adalet.az | Bakıda 12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı RƏSMİ AÇIQLAMA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Bakıda 12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı RƏSMİ AÇIQLAMA

4839    |   2019-06-26 13:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyunun 25-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, "Maşın bazarı" adlanan ərazidə satılan dönərdən baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı daxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyində dərhal operativ işçi qrupu yaradılıb.

Bu barədə AQTA-nın mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva bildirib.

A.Fərziyeva qeyd edib ki,, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə qida təhlükəsizliyi araşdırmalarına başlanılıb:

"İlkin məlumatlara əsasən, qeyd olunan ərazidə vətəndaş Məmmədov Ramis Arif oğluna məxsus dönər satışı məntəqəsindən dönər alıb qidalanan 12 nəfər şəxsdə bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş verib. Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülüb və zəhərlənmənin konkret səbəblərini müəyyənləşdirmək üçün nümunələr aidiyyatı üzrə laboratoriyaya göndərilib".

Onun sözlərinə görə, ilkin araşdırmalara görə zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməmiş ət və ət məhsullarından hazırlanan qidalar və emal sahəsində qida təhlükəsizliyi qaydalarının ciddi şəkildə pozulması olub:

"Araşdırmalar davam etdirilir, araşdırmanın nəticəsi ilə bağlı geniş məlumat ictimaiyyətin diqqətinə çatdırılacaq".

Qeyd edək ki, zəhərlənən 12 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılmış, 1 nəfərin müalicəsi isə Klinik Tibbi Mərkəzdə davam etdirilir. Hazırda onun vəziyyəti qənaətbəxşdir.




İmza:
SON XƏBƏRLƏR
2019-10-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK