deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Mətbuat Şurası Əməkdar jurnalistlə bağlı nekroloq imzalayıb Adalet.az | Mətbuat Şurası Əməkdar jurnalistlə bağlı nekroloq imzalayıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Mətbuat Şurası Əməkdar jurnalistlə bağlı nekroloq imzalayıb

4454    |   2019-06-26 13:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mətbuat Şurası Əməkdar jurnalist İsrafil Məmmədovla bağlı nekroloq imzalayıb.

Şuradan verilən məlumata görə, nekroloqda deyilir:

"Azərbaycanın görkəmli alimi, "Sovet Ermənistanı” qəzetinin sonuncu baş redaktoru, tarix elmləri namizədi, tanınmış yazıçı, tarixçi, publisist, ictimai-siyasi xadim, Əməkdar jurnalist, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı İsrafil Məmmədov 2019-cu il iyunun 25-də 92 yaşında dünyasını dəyişib.

İsrafil Süleyman oğlu Məmmədov 1927-ci ildə Zəngəzur mahalının Meğrı rayonunun Əmrəkar kəndində anadan olub. Həmin kəndin məktəbini qızıl medalla bitirərək bir müddət orada müəllimlik edib. Sonra rayon qəzetində işləyib və paralel olaraq rayon radiosunun aparıcısı olub. Meğrı rayon komsomol komitəsinin birinci katibi vəzifəsində çalışıb.

Ali Partiya Məktəbini bitərdikdən sonra 1955-1990-cı illərdə "Sovet Ermənistanı" qəzetində işləyib, qəzetin sonuncu baş redaktoru olub.

İ.Məmmədov Ermənistanda müxtəlif yüksək vəzifələrdə xalqını ləyaqətlə təmsil edib, təhsil nazirinin müavini, Respublika "Bilik" Cəmiyyəti İdarə Heyəti sədrinin müavini, Jurnalistlər İttifaqı sədrinin müavini, EA Tarix İnstitutunda "Ermənistanda Azərbaycan mətbuatı tarixi" üzrə baş məsləhətçi vəzifələrində çalışıb. 1964-cü ildən həm də İrəvan Pedaqoji İnstitutunda dərs deyib.

1972-ci ildə "Ermənistanda Azərbaycan mətbuatı" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb, 5 dissertasiyanın rəsmi opponenti, 17 elmi əsərin redaktoru, 4 dissertasiyanın elmi rəhbəri olub.

Azərbaycanlıların yaşam fəlsəfəsi, ictimai fikir tarixinə dair İrəvanda erməni və rus dillərində ensiklopediyada 8, jurnallarda 32, qəzetlərdə 185, Azərbaycan dilində 200-dən çox elmi-publisistik məqalənin müəllifidir. Dövri mətbuatda xeyli sayda hekayələri dərc olunub, dünya ədəbiyyatından bir çox səhnə əsərlərini ana dilimizə tərcümə edib.

İ.Məmmədov 1988-ci ildə Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar 1990-cı il yanvarın 19-da ailəsi ilə birgə doğma yurdu tərk etmək məcburiyyətində qalıb, Bakı şəhərinə pənah gətirib. O, Azərbaycanlıların soyqırımı haqqında ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra Azərbaycan və Türkiyədə lentə alınmış, indi də nümayiş etdirilməkdə olan 12 sənədli filmin baş məsləhətçisi, aparıcı çıxışçısı olub. Azərbaycan radiosunda indiyə qədər erməni dilində 2680, Azərbaycan dilində 1145 elmi-analitik məqaləsi səsləndirilib. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində "Erməni redaksiyası”nın müdiri işləyib.

Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı ilə İsrafil Məmmədov 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatına layiq görülüb.

İsrafil Məmmədovun əziz xatirəsi, xalqımız və dövlətimiz qarşısındakı xidmətləri unudulmayacaqdır.

Allah rəhmət eləsin!"




İmza:

Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib

Antalyada nə qədər azərbaycanlı yaşayır?

Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək

Dövlət qulluğuna qəbulla bağlı növbəti sınaq imtahanı keçiriləcək

Azərbaycanda işləyən əhalinin sayı artıb

Jurnalistlər üçün tikilən 3-cü yaşayış binası gələn il təhvil verilə bilər

Daxili İşlər Nazirliyi işçi axtarır

Millət vəkili Namibiyanın baş naziri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb

İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Azərbaycan XİN Yaponiyaya başsağlığı verib

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib

Şəkidə xəsarət alan suriyalılar müalicələrini özəl klinikada davam etdirirlər

SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK