adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 Iyun 2019 11:20
20062
SİYASƏT
A- A+

Azərbaycan Beynəlxalq Müdafiə Forumunda iştirak edib

Pekin şəhərində Çin Xalq Azadlıq Ordusunun Milli Müdafiə Universitetində "Müharibələrdə yeni tendensiyaların sülh və inkişafa təsiri” mövzusunda 2-ci Beynəlxalq Müdafiə Forumu keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun zabiti 2-ci dərəcəli kapitan Rəşad Məmmədov forum çərçivəsində "Süni intellektin müdafiə məsələlərində istifadəsi: çağırışlar, perspektivlər və risklər” mövzusunda geniş auditoriya qarşısında çıxış edib.

Keçirilən forumda Çin Xalq Azadlıq Ordusunun Milli Müdafiə Universitetinin rəhbərliyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin Qərbi Asiya üzrə regional rəhbəri, o cümlədən 88 ölkədən 194 yüksək rütbəli dinləyici iştirak edib.

Tədbirin sonunda 2-ci dərəcəli kapitan R.Məmmədov Çin Milli Müdafiə Universitetinin rəis müavini general-leytenant Zhoy Aimin tərəfindən sertifikat ilə təltif olunub.