adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 Iyun 2019 10:35
16732
SİYASƏT
A- A+

“Vəziyyət çox təcilidir” - Asim Mollazadə AŞPA-da Dilqəmlə Şahbazdan DANIŞIB

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə AŞPA-da Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyətinin ağır olduğunu bəyan edib.Modern.az-ın məlumatına görə, o deyib ki, Azərbaycan AŞPA-dan bu humanitar fəlakətlə bağlı ciddi addımlar gözləyir!

"Vəziyyət çox təcilidir. Bir həkim olaraq, bu videoya baxarkən başa düşdüm ki, girovların sağlamlıq vəziyyəti həqiqətən də acınacaqlıdır, hətta onlardan biri ölüm ayağındadır. Hazırda bizim təcili addımlara ehtiyacımız var. Təkcə AŞPA deyil, bütün beynəlxalq təşkilatlar bu insanları qorumaq üçün səslərini ucaltmalıdırlar” – deyə Mollazadə bildirib.

Bu vəziyyəti humanitar fəlakət adlandıran millət vəkili, Rusiya Xarici İşlər Nazirliyinin, cənab Sergey Lavrovun niyə Rusiya vətəndaşını müdafiə etmədiyinin onun üçün maraqlı olduğunu deyib.

"Girovlardan biri Rusiya vətəndaşıdır. AŞPA-ya geri dönən Rusiya nümayəndə heyəti bu barədə öz fikirlərinin bildirməlidir. Düşünürəm ki, Ermənistan nümayəndə heyəti də Azərbaycan torpaqlarının işğalı, etnik təmizləmə və insanların öz torpaqlarında, kəndlərində həbs edilməsi nəticəsində yaranan humanitar fəlakət haqqında düşünməlidir. Biz Avropa Şurasından bu humanitar fəlakətlə bağlı ciddi addımlar gözləyirik” – deyə Mollazadə əlavə edib.