hacklink Adalet.az | “Vəziyyət çox təcilidir” - Asim Mollazadə AŞPA-da Dilqəmlə Şahbazdan DANIŞIB Adalet.az | “Vəziyyət çox təcilidir” - Asim Mollazadə AŞPA-da Dilqəmlə Şahbazdan DANIŞIB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

“Vəziyyət çox təcilidir” - Asim Mollazadə AŞPA-da Dilqəmlə Şahbazdan DANIŞIB

9555    |   2019-06-26 10:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə AŞPA-da Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyətinin ağır olduğunu bəyan edib.Modern.az-ın məlumatına görə, o deyib ki, Azərbaycan AŞPA-dan bu humanitar fəlakətlə bağlı ciddi addımlar gözləyir!

"Vəziyyət çox təcilidir. Bir həkim olaraq, bu videoya baxarkən başa düşdüm ki, girovların sağlamlıq vəziyyəti həqiqətən də acınacaqlıdır, hətta onlardan biri ölüm ayağındadır. Hazırda bizim təcili addımlara ehtiyacımız var. Təkcə AŞPA deyil, bütün beynəlxalq təşkilatlar bu insanları qorumaq üçün səslərini ucaltmalıdırlar” – deyə Mollazadə bildirib.

Bu vəziyyəti humanitar fəlakət adlandıran millət vəkili, Rusiya Xarici İşlər Nazirliyinin, cənab Sergey Lavrovun niyə Rusiya vətəndaşını müdafiə etmədiyinin onun üçün maraqlı olduğunu deyib.

"Girovlardan biri Rusiya vətəndaşıdır. AŞPA-ya geri dönən Rusiya nümayəndə heyəti bu barədə öz fikirlərinin bildirməlidir. Düşünürəm ki, Ermənistan nümayəndə heyəti də Azərbaycan torpaqlarının işğalı, etnik təmizləmə və insanların öz torpaqlarında, kəndlərində həbs edilməsi nəticəsində yaranan humanitar fəlakət haqqında düşünməlidir. Biz Avropa Şurasından bu humanitar fəlakətlə bağlı ciddi addımlar gözləyirik” – deyə Mollazadə əlavə edib.




İmza:

BMT ELƏ BİLİR ONU ADAM YERİNƏ QOYAN VAR EY

NATO-nun yubiley sammiti

Məmmədyarov Mnatsakanyanla görüşün çətin keçdiyini bəyan etdi

Fuad Muradov: Ermənilər bir təxribat törədəcəklərsə, on qat cavabını alacaqlar - VİDEO

Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

Vilayət Eyvazov kolumbiyalı səfirlə görüşüb

Zakir Həsənov Pakistanın ölkəmizdə diplomatik fəaliyyəti başa çatan səfiri ilə görüşüb

Acizlikdən qara piara başlayanlar...

Tahir Rzayev: "Sənətkarlarımıza sonsuz qayğı və diqqət tarixin yeni səhifələridir"

Fuad Muradov: Diaspora təşkilatlarının fəaliyyəti bir icma işidir, könüllülük, vətənə sevgi məsələsidir

Komitə sədri: Azərbaycan dövləti həmişə xaricdə yaşayan soydaşlarının yanındadır - YENİLƏNİB

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 3,5 saat davam etdi

SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK