adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 Iyun 2019 10:30
9909
GÜNDƏM
A- A+

“Fəaliyyətimi yenidən davam etdirəcəyəm” – Fuad Abbasov

"Fəaliyyətimi yenidən davam etdirəcəyəm, məhkəməyə müraciət mütləq edəcəyəm".

Adalet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Rusiyadan Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov deyib.

"Hər kəsə təşəkkür edirəm. Mən bura bu qədər insanın gəlməsini istəmirdim. Ona görə də heç kimə heç bir xəbər verilməmişdi. Özüm üçün də gözlənilməz oldu çıxmağım. Tam 40 gün boyunca qapalı məkanda qalmışam. Ona görə də bir az dincəlmək istəyirəm. Dünən axşam dindirilmişdim və bu gün səhər gözlənilmədən xəbər çıxdı ki, artıq Rusiyanı tərk edirəm", - deyə Fuad Abbasov bildirib.