adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Iyun 2019 18:10
10560
MƏMLƏKƏT
A- A+

Çimərliklərə giriş pulsuzdur! - Bakı Meriyasından ÇAĞIRIŞ

"Çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur”.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Departament 15 iyun 2019-cu il tarixindən paytaxt Bakı şəhərində çimərlik mövsümünə rəsmən başlanması ilə əlaqədar şəhər sakinləri və qonaqların nəzərinə çatdırır ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.

Rəsmi məlumata görə, çimərliklərdə əhalinin və qonaqların sahilyanı zonada istirahətinə lazımi şəraitin yaradılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.