adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
25 Iyun 2019 17:53
16618
ƏDƏBİYYAT
A- A+

Stalinin ailə sirləri və ya rəhbərin neçə uşağı olub?

Stalin övladları (istər qanuni, istərsə də qeyri-qanuni A.İ) içərisində ən çox sevdiyi və ərköyün böyütdüyü qızı Svetlana idi. Rəhbər qızını həmişə "Sitanka” deyə, çağırarmış.

Svetlana yüngül əxlaqlı bir qız kimi böyümüş və beş dəfə ailə həyatı qurmuşdu.

Birinci ailə həyatını 1944-cü ildə yəhudi Qriqori Morozov ilə qurur. Onların İosif adında oğulları dünyaya gəlir. 1949-cu ildə onlar ayrılır.

Nəvə İosif sonralar Aliluyev soyadını götürür. O, tibb üzrə təhsil alaraq, kardioloq ixtisasına yiyələnir. Daha sonra tibb üzrə elmlər doktoru, RSFSR-nin əməkdar elm xadimi adına layiq görülür. Nəvə İosif2008-ci ildə vəfat edib. O, iki dəfə ailə həyatı qurmuş, birinci evliliyindən İlya adında oğlu var.

1949-cu ildə Svetlana ikinci dəfə ailə həyatı qurur. O, görkəmli partiya və siyasi xadim, SSRİ Ali Sovetinin sədri Andrey Jdanovun oğlu Yuriy Jdanovla evlənir. Cütlüyün 1950-ci ildə Ekaterina adında qızları dünyaya gəlir. Bu evlilik 1952-ci ildə sona çatır. Nəvə Ekaterina ixtisasca vulkanşünasdı. Vsevolod Kozevlə ailə həyatı qurmuş, cütlüyün Anna adında bir qız övladları var. Hal-hazırda uzaq Komçatkada sadə həyatını sürdürür.

1957-ci ildə rəhbərin qızı Aleksandr Svanidze ilə ailə həyatı qursa da, 1959-cu ildə boşanırlar. Uşaqları olmur.

1962-cü ildə Svetlananın Moskvada ezamiyyətdə olan hindli kommunist Brandşem Sinqxla izdivacı yaranır, 1963-cü ildə onlar vətəndaş nikahı ilə evlənirlər. 1967-cı ildə hindli əri vəfat edir. Övladları olmur. Ərinin vəsiyyətini yerinə yetirmək üçün Svetlana sovet hökumətindən çətinliklədə olsa icazə alaraq, ərinin nəşini Hindistana apararaq yerli qayda-qanunlarla dəfn olunmasına nail olur. Ardınca isə o, Hindistandakı ABŞ səfirliyinə sığınır və tezliklə həmin ölkəyə qaçır.

1970-ci ildə Svetlana amerikalı memar Uilyam Piterslə ailə həyatı qurur. Onların 1971-ci ildə Olqa adında qızları dünyaya gəlir. Lakin, Svetlananın sayca 5-ci olan nikahı da xöşbəxtliklə nəticələnmir və 1973-cü ildə cütlüklər ayrılır.Sonralar Olqa adını dəyişərək Kris edir. ABŞ-da Stalinin amerikalı nəvəsi Kris Evans kimi tanınır. Rəhbərin nəvəsidə yüngül və əxlaqsız həyat tərzi keçirməklə məşğuldu, övladı yoxdu.

Svetlana Stalin bir neçə kitabların müəllifidir. Onlar içərisində ən məşhuru "Dosta 20 məktub”dur. Sonralar bu kitab bestsellerə çevrilir. O, bu kitabdan 3 milyona yaxın qonorar əldə edir. Həmin kitabda rəhbərin həyatından maraqlı və sirli məqamlardan söhbət açılır.

Rəsmi məlumata görə xalqlar atasının sonuncu övladı 22 noyabr 2011-ci ildə Viskonsil Ştatının Medison şəhərində qocalar evində xərçəng xəstəliyindən vəfat edir. Onun vəsiyyətinə uyğun olaraq nəşi yandırılır, külü isə qızı Kris Pitersin yaşadığı Oreqon Ştatının Portlend şəhərində dəfn edilir. Amma məzarın yerini demək olar ki, heç kim bilmir.

Gördüyünüz kimi İosif Stalin SSRİ rəhbəri olmaqla kifayətlənməmiş, həmçinin beynəlmiləlçi ailə institutunun yaranmasında şəxsi nümunə göstərərək gürçü, rus, qaraçı, alman, fransız, ukrayin, yəhudi, əlcəzair, amerikan xalqları ilə birbaşa və dolayı yolla qohum olmuşdu.

İki maraqlı məqamıda diqqətinizə çatdırmaq istərdim ki, Svetlana Stalin son müsahibələrinin birində ona siz russunuz, gəlin rusca danışaq ifadəsinə, kəskin şəkildə etiraz bildirərək:"mən rus deyiləm, çünki mənim atam gürcü, anam isə yarı qaraçı, yarı almandı”!

Digər bir maraqlı məqam isə odur ki, Stalinin ikinci həyat yoldaşı Nadejda Alliluyeva Bakıda dünyaya gəlib, 1903-cü ilə qədər paytaxtımızda yaşayıb. Onun atası Sergey Alliluyev inqilabi fəaliyyəti ilə əlaqədar, Bakıda və bütün Qafqazda yaşamağı qadağan edirlər nəticədə o, əvvəlcə Rostova, sonra isə Petroqrada (Sankt-Peterburqa) köçür.

Bununla onu demək istəyirəm ki, əgər bizlər iftixar hissi ilə Rixard Zorgeni (metis: anası rus, atası alman), Anatoli Banişevskini (rus), Lev Landaunu (yəhudi), Mstislav Rastopoviç (metis: anası rus, atası polşalı), Teymur Rəcəbovu (yəhudi) və digərlərini azərbaycanlı adlandırırıqsa, o zaman heçnədən çəkinmədən Nadejda Alliluyevanı da, azərbaycanlı adlandırmalıyıq. Deməli Stalini azərbaycanlılarla da, qohum hesab etməyimiz üçün heç bir maneə qalmır.

P.S azərbaycanlı milliyət və ya etnik mənşə deyil, Azərbaycan Respublikasında yaşayan bütün xalqların ümumi dildə ifadəsi və vətəndaşlığı deməkdir. Respublika ərazisində yaşayaraq, qanunla müəyyən edilmiş qaydada, istənilən əcnəbi ölkəmizin vətəndaşı - azərbaycanlı ola bilər.

Abdulla İsmayıloğlu