adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Iyun 2019 17:50
18923
ƏDƏBİYYAT
A- A+

Bir gün o yerlərə qayıdacayıq

Ölkə əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçiriləndövlət siyasəti qaçqın və məcburi köçkünlərin həyat səviyyəsini xeyli yüksəldib. Azərbaycan Respublikasının iqtisadi-siyasi gücü artdıqca dövlət bir vaxtlar ən ağır problem olanqaçqın və məcburi köçkünlərin qayğıları ilə daha yüksək səviyyədə məşğul olmağa başlayib. 

Belə ki, əgər 2003-cü ilə qədər bu məsələdə xarici humanitar təşkilatların rolu daha böyük idisə, prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan artıq qaçqınvəməcburi köçkünlərin bütün problemlərini özü müstəqil həll edə bilən iqtisadi gücə malik bir ölkəyə çevrildi.Bu qəbildən olan insanlar üçün ötən illər ərzində hər cür infrastruktura malik mənzillər tikilib, qəsəbələr salınıb, yeni iş yerləri yaradılıb və onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində müvafiq dövlət proqramları qəbul olunub. Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Ümumiyyətlə, Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədirliyi ilə keçirilən müşavirədə Bakı və Sumqayıt şəhərlərində hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi məsələsinə baxılmış və 4 min ailənin köçürülməsi ilə bağlı ciddi tapşırıqlar verilmişdi. Bundan az sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində "Qobu Park” yaşayış kompleksinin təməlqoyma mərasimi keçirildi və burada tikinti işləri qısa müddətdə başa çatdırıldı. Bakıda qəzalı, ən ağır vəziyyətdə olan binalarda, xüsusən, zirzəmilərdə müvəqqəti məskunlaşan köçkün ailələrinin ötən ildən həmin kompleksdə yerləşdirilməsinə başlanılıb.

Son illərdə qaçqınlar və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub. Belə qəsəbələrdən biri də Qobu park yaşayış kompleksidir.Bu günlərdə şəhərcikdə olub insanların həyat tərzi, məşğulluq problemlərinin həlli, şagirdlərin təhsil məsələləri ilə bağlı vəziyyətlə tanış olduq. Binaların həyətində bütün yaş növləri nəzərə alınmaqla yaradılmış istirahət düşərgələrində sakinlərlə söhbət elədik. Zəngilan rayonundan olan məcburi köçkün Firəngiz Həsənova yaradılan şəraitdən razılıq edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısınatəşəkkürünü bildirdi.Lakin bütün şəraitə baxmayaraq doğma yurdlarına dönmək istədiklərini deyən Firəngiz xanım müharibədən əvvəl yaşadıqalrı həyatdan sözsaldı: "Kəndimiz 


Ermənistanla sərhəddə yerləşirdi. Yaxın qonşularımızdan bu namərdliyi gözləmirdik.Həyat yoldaşım da, mən də işləyirdik.Böyük meyvə bağımız, əkin sahəmiz var idi.Əkib becərirdik,qoz ağaclarından gəlir götürürdük. Bostanımızda əkdiyimiz məhsulları həm özümüz yeyirdik, həm də satırdıq. Ermənilər kəndimizə hücum edəndən sonra 26 ildə 11 dəfə köçkün düşdük. Sərhəd kəndindən Zəngilanın özünə köçdük, sonra şəhər alınandan sonra yenidən köçkün düşdük,müxtəlifyerlərdə məskunlaşdıq, sonra Bakıya gəlib çıxdıq. Hazırda şəraitimizdən çox razıyam.Amma doğma yerlər üçün burnumun ucu göynəyir. İnanırıq ki, gec-tez öz torpaqlarımıza qayıdacayıq. "Digər köçkünlərlə də söhbət zamanı da yaradılan bütün ideal şəraitə rəğmən,insanların danışığında yurd həsrəti aydın duyulurdu.
2018 –ci ilin mayın 24-üQobu park yaşayış kompleksinə köçürüləcək məcburi köçkünlərüçün sevindirici, əlamətdar gün olmuşdu. Həmin gün məktəbin direktoru
Ülviyyə Hacıyeva ilə görüşüb ondan geniş müsahibə götürdük. Ülviyyə xanım bildirdi ki, ötən il mayın 24-ü, xüsusiləAğdam rayon 32 nömrəli tam orta məktəbin pedoqoji kollektivi üçünolduqcasevindirici, möhtəşəmbir günə çevrildi. Uzun zaman şəraitsiz binada fəaliyyət göstərən kollektivə müasir görünüşlü, gözəl məktəb binası hədiyyə edilməsi onlar üçün həmin günüunudulmaz etdi.

- Qobu park Yaşayış kompleksində müasir tələblərə uyğun tikilmiş, hər cür avadanlıqlarla təmin olunmuş məktəb binası Ağdam rayon 32 nömrəli tam orta məktəb kollektivinin istifadəsinə veriləndə sevincimizin həddi-hüdudu yox idi.201819 tədris ilində müəllim-şagird heyətiyeni, işıqlı sinif otaqlarında başa vurdu.Sözsüz ki, bu möhtəşəm hədiyyə bütün kollektivi sevindirməyə bilməzdi.Onlarınsonsuz sevincini anlamaq çətin deyildi.Çünki 1993- cü ilin dekabr ayında çox çətin və dözülməz şəraitdə bu məktəb öz fəaliyyətinə başlamışdı. İlk dəfə biz Binəqədi ərazisində yerləşən Dərnəgüldəki 9 nömrəli Bakı Peşə liseyinin bir korpusunda 6 siniflə dərs keçməyə başladıq.Bu siniflərin sayıgetdikcə artdı. Dərnəgül ərazisindəməskunlaşmış məcburi köçkünlərinövladları bu məktəbdə təhsil almağa başladı. Eyni zamanda, müəllimlər də işlə təmin olundu. O illərdəhşətliköçkünlük həyatı yeni başlamışdı. Adamlar ev-eşiklərini, hətta bəziləri əynindəki paltarlarla, bir çöp beləgötürə bilmədən tərk etmişdilər. Çox ağır vəziyyət idi. Bu çətinvəziyyətdə də kollektiv işə başladı. 25 il uyğunlaşdırılmış binada,şəraitsiz siniflərdə, soyuq, heç bir şəraiti olmayan bir tədris korpusundabütün çətinliklərə rəğmən, fədakarlıqla çalışır, şagirdlərimizə biliklər verib onları Vətənə layiqli övladlar kimi böyütməyə çalışırdıq.Məzunlarımız arasında prezident təqaüdünə layiq görülənlərin olması, qazandıqları yüksək göstəriçilər dediklərimə sübutdur.Məzunlarımızın bir çoxuhəm ölkənin, həm də xarıcı ölkələrin nüfuzlu Universitetlərinə daxil olublar. Pedaqoji kollektivdə "Əməkdar müəllim" adına layıq görülən, "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibləri də var.Biz müəllimlərin ən böyükamalı-istəyiölkəyə savadlı, vətənini sevən, xalqının qədrini bilən, böyüklərinə hörmətlə yanaşan vətəndaş yetişdirməkdir. Mən bunu əminliklə deyə bilərəm, biz bunun öhdəsindən gələ bilirik. Sözsüz ki, müəllim kollektivimiz üçün bu yeni qəsəbədə Prezidentimiz, dövlətimiz, birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindənbəxş edilənyeni məktəb binası bizi daha yaxşı işləməyə ruhlandırır.Bu təhsil ocağı 624 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə təmin edilənməktəbimizdətəlim-tədris üçün hər cür şərait yaradılıb. Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnir. İdman zalı da zəruri avadanlıqla təchiz edilib və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var. Akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür.Şagirdlərimizin istifadəsinə bütünmüasirtələblərə cavab verən işıqli sinif otaqları, labaratoriyalar, informatika otağı, müasir texnologiya ilətəmin edilmiş fənn kabinetləri verilib.Bu yüksək diqqət və qayğının qarşılığında bizdən yeganə tələb onunan savadlı, yüksək intellektuala malik gənclərin yetişdirilməsidir. Bizyalnız öz işimizlə dövlətə minnətdarlığımızı bildirə bilərik.Bütün kollektiv dövlətimizə Prezidentimizə, birinci Vitse Prezidentimizə bizə bu gözəl şəraiti yaratdığı üçün, o soyuq şəraitsiz sinif otaqlarından çıxarıbhər cür ideal şəraiti olan məktəblə təmin elədikləri üçün minnətdarlığımızı bildiririk. Məktəbimiz həmişə yaxşı işləri ilə tanınıb. Daim təhsil üzrə göstəcilərinə görə, ilk yerlərdən birini turub.

-Şagirdlərin vətənpərvər ruhda böyüməsi, Vətəni ürəkdən sevəngənclər kimi yetişməsində ailə ilə yanaşı, müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Bu istiqamətdə məktəbdə hansı addımlar atılır.

-Bizim əsas vəzifəmizdən biri də gənc nəslimilli, vətənpərvər ruhda yetişdirməkdir.Şagirdlərdə vətənpərvərlik ruhunu da daha da inkişaf etdirmək üçün yaşayan milli qəhrəmanlarla, Qarabağ qaziləri ilə görüşlərkeçirdirik. Onlarınkeşməkeşli, mübarizə ilə dolu döyüşyollarından söz açarkən şagirdlərimiz həyacan və maraqla onları dinləyir və suallar verirlər.Bu söhbətlər onlara güclü təsir göstərməklə, vətənpərvər kimi böyümələrinə də yardımçı olur. Gələcəyin əsgərləri olan oğlanlar eşitdiklərindən sonra düşmənə nifrət, Vətənə sevgi ruhuna sahib olurlar.

-Müxtəlif məzmunlu tədbirlərin təşkili şagirdlərin dünyagörüşünün zənginləşməsinə böyük təsir göstərir. Bu bərədə fikrinizi bilmək istərdik.

-Şair və yazıçılarimizla mütəmadi olaraqgörüşlər keçirir, oxu günləri təşkil edirik. Şagirdlərin mütaliəyə həvəsini artırmaq üçün bu kimi görüşlərin təsiri əvəzsizdir. Respublikada keçirilən bütün tədbirləri yüksək səviyyədə qeyd edirik. Eyni zamanda,Təhsil Nazirliyinin sərəncamlarına əsasən, dahi söz ustadlarının anım günləri, müxtəlif məzmunlu dəyirmi masalar, bilik yarışları, fənn müsabiqələri və digər tədbirlər də təşkil olunur.Bu tədbirlər şagirdlərindünyagörüşünün genişlənməsinə olduqca müsbət təsir göstərir. Dövlətimizi əmin edirik ki, ötən25 ildə bütüngücümüzlə səy göstəribvətənə layiqli övladlaryetişdirdiyimiz kimi,bundan sonra da əzmlə çalışaraq vəzifəmizi daha məsuliyyətlə həyata keçirmək üçün var qüvvəmizlə çalışacağıiq.

-Məcburi köçkünlərə dövlət qayğısını necə qiymətləndirirsiz?

-Məcburi köçkünlərin Dövlət qayğısından narazılıq etməyə haqları yoxdur. Çünki dünyanın heç bir ölkəsində yurdundan didərgin düşənlər bu miqyasda köməklik edilmir, bu səviyyədə düqqət göstərilmir.Amma nə qədər bizqayğı ilə əhatəolunsaq da, məktəb binaları, mənzillərlə,iş yerləri ilə təmin olunsaq belə bütün köçkünlərin yeganə arzusu öz doğma ata-baba yurdlarına qayıtmaqdır. İşğaldan azad edilmiş yurd yerlərimizi yenidən qurub -yaratmaq,öz fəaliyyətimizi orada davam etdirməkdi.

Hüsniyyə Əlizadə