deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Əli Əhmədov: Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi Adalet.az | Əli Əhmədov: Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Əli Əhmədov: Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi

7578    |   2019-06-25 16:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sabah Silahlı Qüvvələr günüdür. Azərbaycanın hər bir vətəndaşı haqlı olaraq fəxr edə bilər ki, qüdrətli, möhtəşəm silahlı qüvvələrimiz var.

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, 2016-cı ilin Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi:

"Əsgərlərimiz, zabitlərimiz, generallarımız Ali Baş Komandanın əmri ilə istənilən döyüş vəzifəsini, ən başlıcası isə torpaqlarımızın azad olunması vəzifəsini yerinə yetirməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Əminəm ki, Aprel döyüşlərindən sonra düşmənin yuxusu qaçıb, sakitləşib özünə gələ bilmir.

Xüsusi qürur verən cəhət odur ki, Azərbaycanın Silahlı Qüvvələri döyüş qüdrətinə və təchizatına görə dünyanın ən güclü orduları sırasındadır. Əhalisinin sayına görə dünyada 89-cu yerdə olan ölkəmiz ordumuzun qüdrətinə görə 52-ci yerdə durur. Quruculuğu ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik strategiyasının reallaşması dövründən başlayan möhtəşəm Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi altında sözün həqiqi mənasında dünyanın qüdrətli silahlı qüvvələri sırasında özünə layiqli yer tutmuşdur”.

YAP-ın Sədr müavini Azərbaycan Silahlı Qüvvələrinin 1990-cı illərin əvvəllərindəki vəziyyətindən bəhs edərək qeyd edib ki, ordu günündə keçmişə ekskurs edib 1992-1993-cü illərdə silahlı qüvvələr sahəsindəki anarxiyanı yada salmamaq mümkün deyil:

"Erməni silahlı qüvvələrinin Azərbaycana təcavüzü ilə başlanan müharibə şəraitində AXC-Müsavat hökumətinin orduya rəhbərliyi hərbdən xəbəri olmayan avantürist birinə həvalə etməsi xəyanət və cinayətdən başqa bir şey deyildir. Bundan heç də geridə qalmayan xəyanət və cinayət o idi ki, cəbhədə torpaqlarımıza təcavüz edən düşmənə çevrilməli olan silahların xeyli hissəsi Bakıda, Gəncədə, digər yerlərdə insanları vahimə altında saxlamaq üçün mülki insanlara paylanmışdı. Daha bir xəyanət və cinayət isə o idi ki, ayrı-ayrı partiyalara və qruplara xidmət göstərən silahlı dəstələr yaradılmasına dövlət səviyyəsində imkan verilmişdi. Nəticədə güclü nizami ordu yaradılması baş tutmamışdı, torpaqlarımızın müdafiəsi lazımınca təşkil olunmamışdı. Mən könüllü batalyonlarda vuruşan, ümumiyyətlə vətənin bütövlüyü yolunda böyük qəhrəmanlıqlar göstərərək canını qurban verən hər kəsin əziz xatirəsi qarşısında baş əyirəm. Onlar həqiqətən qəhrəmanlar idi. O zaman güclü nizami ordumuz yaradılsaydı, şübhə etmirəm ki, əvvəla itkilərimiz qat-qat az olardı, ikincisi isə torpaqlarımız işğal altına düşməzdi. Canını vətən yolunda fəda etməyə hazır olan qəhrəmanlarımız nizami ordu halında birləşərək buna imkan verməzdi”.

Ə.Əhmədov daha sonra qeyd edib: "Artıq o illər arxada qalıb. Azərbaycan dəyişib. Güclü iqtisadiyyatı var, sabitlik və əmin-amanlıq möhkəm qərar tutub, insanların rifahı gündən-günə yaxşılaşır, dünyada ölkəmizin nüfuzu yüksəlir. Xalqın iradəsi, Ali Baş Komandanın müdrikliyi və Ordumuzun qüdrəti sayəsində işğal olunmuş torpaqlarımızın geri qaytarılacağına kimsə şübhə etmir. Və o gün uzaqda deyil. Silahlı Qüvvələr Günümüz mübarək!”.




İmza:

AXCP-lər FƏALİYYƏTLƏRİNİ NECƏ TƏNZİMLƏMƏLİ?!

Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, izahat istənildi

Qənirə Paşayava Vyetnamın vitse-prezidentinə Qarabağ həqiqətlərindən danışdı

Qənirə Paşayeva fransalı qadınlara Qarabağ həqiqətlərindən DANIŞDI

Baş prokuror Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirini qəbul edib

Azərbaycan və Əfqanıstan arasında ticarət dövriyyəsi 15 faiz artıb - Nazir müavini

Elmar Məmmədyarov komitə sədrləri ilə görüşdü

Polşanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti rəsmi Bakının “qara siyahı”sından çıxarıldı

"Bütün məsələlərdə Azərbaycanın dəstəyi hiss edilir" - Gürcü deputat

Əli Əhmədov BMT-də Təhlükəsizlik Şurasının icrasız qətnamələrindən danışdı

İlham Əliyev Aİ Şurası və Avropa Komissiyasının yeni prezidentlərini təbrik edib

AXCP-lər FƏALİYYƏTLƏRİNİ NECƏ TƏNZİMLƏMƏLİ?!

Əli Əhmədov BMT rəsmisi ilə DANIŞIQLARDA

Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcək

Qənirə Paşayeva fransalı qadınlara Qarabağ həqiqətlərindən DANIŞDI

Baş prokuror Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirini qəbul edib

Elmar Məmmədyarov komitə sədrləri ilə görüşdü

Novruz Məmmədov Səudiyyəli nazirlə görüşüb

Əli Əhmədov BMT-də Təhlükəsizlik Şurasının icrasız qətnamələrindən danışdı

Azərbaycan və Əfqanıstan arasında ticarət dövriyyəsi 15 faiz artıb - Nazir müavini

Polşanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti rəsmi Bakının “qara siyahı”sından çıxarıldı

Gürcüstan XİN “Keşikçidağ”la bağlı vətəndaşlarına müraciət etdi

SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK