adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Iyun 2019 10:25
11190
GÜNDƏM
A- A+

AQİL ABBAS: «ŞİRMƏMMƏD HÜSEYNOVUN ÇOX YAŞAMASININ SİRRİ»

Ustadımız Şirməmməd Hüseynovun üç xoşbəxtliyi vardı. Birincisi, xalqı çox sevirdi və xalq da onu çox sevirdi. İkincisi, cümhuriyyəti quranlar kimi özünü bu millətə, bu dövlətə fəda eləmişdi. Allah da arzularını həyata keçirmək üçün ona sağlamlıq və uzun ömür qismət eləmişdi ki, xəstələnmədən quş kimi uçub getdi. Üçüncüsü də, onun müqəddəs ailəsi, Ülkər xanım kimi həyat yoldaşı olması.

Mən on il «Elm və həyat»da Ülkər xanımla çalışmışam. O, bütün redaksiya işçilərinin anası idi. Əgər biz ögeylərə belə ana kimi yanaşa bilirdisə, gör öz övladlarına və həyat yoldaşına necə idi? Və Şirməmməd müəllimin ayaq üstə, sağlam 95 il ömür sürməsində ən əsas rolu elə Ülkər xanım oynayırdı. Ülkər xanıma ayrıca bir başsağlığı verirəm.