adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Iyun 2019 10:03
28008
SİYASƏT
A- A+

ÜZÜ TÜPÜRCƏKLİ ATƏT

Bəzən ATƏT-in bu həmsədrlərinə yazığım gəlir. Yazıqlar bizim dərdimizdən evlərindən-eşiklərindən olublar. 25 ildi qalıblar çöllərdə. Bir tərəfdən də baxıram ki, bu həmsədrlərin hansı qəzetdə şəkilləri çıxırsa , oxucu dərhal həm şəkilə – həmsədrlərə tüpürür və nəticədə, həm də qəzetə də tüpürür. Ona görə də belə qərara gəldim ki, day bundan sonra ATƏT-in həmsədrlərinin şəkillərini qəzetəmdə çap etməyim.

Bir Bernand Təsyeydi, yoxsa Fəsyeydi vardı ey, pudralı-kraskalı fransız həmsədr, heç elə də kişinin üzünə tüpürərlər? Mən bunu yazanda qəzetimizin əməkdaşı Sübhan Məmmədov qayıtdı ki, Məllim, ona kişi dediyinə görə ağzını yaxala. Soruşdum, bala, bu ağdamlıların ifadəsidi, bunu hardan eşitmisən? Qayıtdı ki, dörd ildi Nicat Novruzoğlu ilə bir yerdə işləmirəm?!