adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Iyun 2019 14:32
10458
GÜNDƏM
A- A+

Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə bu gün saat 18:30-dan 20:30-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər:
- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
- Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);
- Fəvvarələr meydanında;
- Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
- Zabitlər parkında.