adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Iyun 2019 12:40
6613
HADİSƏ
A- A+

Binəqədi-Novxanı yolunda ağır qəza

Ötən gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az-ın məlumatına görə, qəza Binəqədi-Novxanı yolunda qeydə alınıb. Zəncirvari qəzada üç avtomobilə ziyan dəyib.

"Mercedes", "NİVA" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində yolda uzun tıxac yaranıb.

Şahidlərin bildirdiyinə görə, qəzada ciddi xəsarət alanlar olmasa da, hər üç avtomobil sıradan çıxıb.

Qəza yerinə DYP əməkdaşları cəlb olunublar. Hadisənin səbəbləri araşdırılır.