adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Iyun 2019 11:32
7798
MƏMLƏKƏT
A- A+

"Azərişıq"da struktur dəyişikliyi - Yeni departament yaradıldı

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Perspektiv İnkişaf və "ASAN xidmət”lə İş İdarəsi ləğv edilib.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, ləğv edilən idarənin bazasında "Asan Xidmət”lə iş və Elektron İdarəetmə Departamenti yaradılıb. Yeni departamentə Elsevər Rüstəmli rəis təyin edilib: "Bu departament idarə ilə müqayisədə daha geniş səlahiyyətlərə malik olacaq, fərdi abunəçilərlə yanaşı, kiçik və orta biznes subyektləri ilə işləyəcək".