hacklink Adalet.az | Komitə: “Megafun”dakı hadisə hazırda ciddi şəkildə araşdırılır Adalet.az | Komitə: “Megafun”dakı hadisə hazırda ciddi şəkildə araşdırılır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Komitə: “Megafun”dakı hadisə hazırda ciddi şəkildə araşdırılır

4651    |   2019-06-25 10:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Megafun” Əyləncə Mərkəzində helium şarlarının partlaması ilə bağlı baş verən hadisə hazırda aidiyyəti orqanlar tərəfindən ciddi şəkildə araşdırılır və təhlükəsizlik tədbirlərinin ciddiləşdirilməsi ilə bağlı lazımi tədbirlər görülür.

Adalet.az xəbər verir ki, bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komtəsindən məlumat verilib.

Komitədən bildirilib ki, iyunun 22-də "Megafun” Əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində baş verən alışma nəticəsində 8 nəfər (3-ü uşaq olmaqla) xəsarət alıb:

"Baş verən hadisənin nəticələrindən dolayı təəssüfləndiyimizi bildiririk. Komitə tərəfindən zərərçəkmiş ailələrin hər biri ilə əlaqə saxlanılıb və səhhətlərinin qənaətbəxş olduğu, ilkin tibbi yardım göstərildikdən sonra evə göndərildikləri barədə məlumat əldə edilib. Uşaqların daha çox vaxt keçirdiyi əyləncə mərkəzlərində ciddi təhlükəsizlik tədbirlərinin görülməsini zəruri hesab edirik. Valideynlərə isə uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq, onların psixo-emosional sferasını zədələməyəcək əyləncə formalarına üstünlük vermələrini, uşaqları psixikanın həssas inkişaf dövründə səs-küylü, qarışıq rəng çalarlı məkanlardan mümkün qədər uzaq tutmalarını məsləhət görürük".

Bununla yanaşı, komitə tərəfindən valideynlərə yay mövsümü ilə əlaqədar Səhiyyə Nazirliyinin xəbərdarlıqlarına ciddi şəkildə riayət etmələri tövsiyə olunur. Valideynlərə yay mövsümündə uşaqları açıq havada, hovuz kənarında, çimərliklərdə nəzarətsiz buraxmamaqla yanaşı, onların süni qidalardan rəngli su və şirniyyat məmulatları, tez xarab olan, dondurma və bu qəbildən olan qidaların qəbulu zamanı ehtiyatlı olmaları məsləhət görülür.




İmza:

BAXIN ÇƏRLƏYİN - VİDEO

Dünyanın yanan mənzərəsi: alovlar, dəhşətlər, faciələr...

Azərbaycanda sənaye istehsalı sahəsində kiçik müəssisələr açılacaq

Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində yer alıb

Sabaha saxlamayaq: "Ümummilli lider Heydər Əliyev xatirələrdə" - Video

Seçki məntəqələrinə çip oxuyan qurğular paylanılacaq

Növbədənkənar parlament seçkilərində 71 nəfərin namizədliyi təsdiq olunub

Gəncədə şəhid ailələri və müharibə əlillərinə mənzillər verilib

Siraqəddin Cabbarov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Qazaxıstan Prezidentini təbrik edib

Prezident İlham Əliyev Bəhreyn kralını təbrik edib

İran bu ölkələrə 14 min ton alma ixrac edib

SON XƏBƏRLƏR
2019-12-16
2019-12-14
2019-12-13


VİDEO