adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Iyun 2019 17:45
33413
DÜNYA
A- A+

Gürcüstanda aksiyaçıları döyən 10 polis işdən kənarlaşdırılıb

Gürcüstan Baş Təftiş İdarəsi parlament aksiyası zamanı mitinqçilərə zor tətbiq edən polis işçilərini xidmətdən kənarlaşdırıb.

Modern.azGürcüstan KİV-nə istinadən xəbər verir ki, faktla bağlı Baş Prokurorluq da araşdırma aparır.

Hazırda 10 polisə qarşı iş açılıb. Onların aksiya zamanı həddən artıq zor tətbiq etdiyi araşdırılır.