viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Şəhriyar Məmmədyarov 28 şahmatçı ilə eyni anda oynadı Adalet.az | Şəhriyar Məmmədyarov 28 şahmatçı ilə eyni anda oynadı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Şəhriyar Məmmədyarov 28 şahmatçı ilə eyni anda oynadı

10212    |   2019-06-24 17:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Gənclər Mərkəzində 23 iyun tarixində dünya şahmatının dəyərli simalarından olan həmyerlimiz Şəhriyar Məmmədyarovla şahmat seansı baş tutub.

 Bakı Gənclər Mərkəzi və onun nəzdində fəaliyyət göstərən "Şah Klub” Şahmat klubunun təşkilatçılığı ilə baş tutan sosial xarakterli tədbir gənc şahmatçıların təcrübə toplamaları və daha da inkişaf etmələri məqsədi ilə təşkil olunub. Şahmat seansında Şəhriyar Məmmədyarov tərəfindən seçilmiş 28 gənc şahmatçı və kiçiklər iştirak edib.

Tədbirdən öncə Şəhriyar Məmmədyarov Bakı Gənclər Mərkəzində infoturda iştirak edib. İnfoturda dəyərli şahmatçımız Mərkəzin imkanları ilə yaxından tanış olaraq fəaliyyət yönləri haqqında ətraflı məlumat əldə edib. Tədbirin açılışı zamanı Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova, "Şah Klub” Şahmat klubunun rəhbəri və baş məşqçisi Araz Babayev və dəyərli şahmatçımız Şəhriyar Məmmədyarov çıxış edərək gələn qonaqlar və iştirakçılara tədbirin əhəmiyyəti haqqında danışıb. Azərbaycan şahmatının gələcəyinə böyük ümidlər bəslədiyini bildirən Şəhriyar Məmmədyarov hər bir iştirakçıya uğurlar arzulayaraq qələbəyə oynayacağını deyib.

Eyni anda 28 oyunçu ilə seans keçirən dəyərli şahmatçımız gərgin və maraqlı atmosferdə keçən oyunların sonunda şahmat taxtasından 26,5-1,5 hesabı ilə qalib ayrılıb. Şəhriyar Məmmədyarov təkcə 3 oyunda, İbrahimli Murad, Babazadə Xəzər və kiçik şahmatçı Bayramlı Rafaelə qarşı heç-heçə edərək xal itirib.

İştirakçı və qonaqların sevgisi ilə əhatələnən dəyərli şahmatçımız Şəhriyar Məmmədyarov öz təcrübəsi və ustalığı ilə bir daha ŞAH ləqəbinə layiq olduğunu təsdiq edib.




İmza:
SON XƏBƏRLƏR
2019-07-22
2019-07-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK