adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Iyun 2019 17:24
26801
SİYASƏT
A- A+

“Prezidentin yanında işini bilən insanlar çalışmalıdır” - Eldar İbrahimov

"Cənab prezident tərəfindən həyata keçirilən təyinatları yüksək qiymətləndirirəm. Çox yaxşı bir haldır ki, vəzifəsini dəyişən şəxslərlə onların yerinə gələnlər eyni dərəcədə peşəkardılar. Məsələn, Vilayət Eyvazov uzun illərdir ki, Daxili İşlər Nazirliyində işləyib. Buna görə də onun təyinatını yüksək səviyyədə qəbul edir və cənab prezidentimizə minnətdarlığımı bildirirəm”.

Adalet.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov prezidentin son təyinatlarla bağlı sərəncamlarını şərh edərkən deyib.


Komitə sədri bildirib ki, təyinatlar həmişə olur:

"Amma budəfəki təyinatlar peşəkar insanlarla bağlıdır. Məsələn, DTX rəisi təyin olunmuş Əli Nağıyevdən danışaq. Qeyd edə bilərəm ki, sözün əsl mənasında işinin peşəkarıdır. Həm Vilayət Eyvazov, həm də Əli Nağıyev işini yaxşı bilən peşəkarlardır. Ona görə də cənab prezidentimizin yanında işini bilən insanların çalışmasını təqdirəlayiq hesab edirəm”.

Eldar İbrahimov Ramil Usubov haqqında da fikirlərini bölüşüb:

"Ramil Usubov öz işində sözünü demiş bir şəxsdir. Hesab edirəm ki, Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının sədri vəzifəsinin də öhdəsindən gələcək. Mədət Quliyev haqqında da eyni fikirdəyəm”.