hacklink Adalet.az | Vətəndaşların QHT layihələrinə verdiyi qiymətlər açıqlandı Adalet.az | Vətəndaşların QHT layihələrinə verdiyi qiymətlər açıqlandı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Vətəndaşların QHT layihələrinə verdiyi qiymətlər açıqlandı

5312    |   2019-06-24 16:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında SƏLİS elektron vətəndaş proqramının tətbiqinə dair brifinq keçirilib.

QHT Şurasının sədri, deputat Azay Quliyev vətəndaş qiymətləndirməsinin nəticələrini açıqlayıb. O bildirib ki, nəticələrə görə, qeydiyyatdan keçən vətəndaşların sayı 10 min 930 nəfərdir. Qeydiyyatdan keçən vətəndaşların təmsil olunduğu şəhər və rayonların sayı isə 73-dür. Daxil olan rəylərin sayı 12 min 491-dir. Qeydiyyata alınan rəylərin sayı 11 min 271, silinən rəylərin sayı isə 1220-dir.

Azay Quliyev qeyd edib ki, əldə olunan nəticələr təkcə vətəndaşların ixtiyarına verilmir. Onun sözlərinə görə, eyni zamanda QHT Şurasının da işi daha da səmərəli olur.
Şura sədri bildirib ki, 254 layihə vətəndaş qiymətləndirilməsinə verilib. Vətəndaş rəylərinin silinmə səbəblərinə gəlincə, Azay Quliyev bildirib ki, proqramda qeydiyyatdan keçmək üçün tələb olunan məlumatlar düzgün qeyd olunmayıb.
Digər səbəblər isə aşağıdakılardır:

Əsaslandırılmayan rəylər olub,
Eyni rəylər müxtəlif vətəndaşlar tərəfindən təqdim edilib,
QHT sədri özünün təqdim etdiyi layihəyə rəy verib,
Rəylərdə QHT-nin adı qeyd olunub,
Rəylər verilən səsə adekvat olmayıb,
Layihə bəndləri olduğu kimi köçürülərək rəy kimi təqdim olunub,
Rəylər layihənin məzmununa uyğun olmayıb.

Azay Quliyev söyləyib ki, rəylərdə aldatma cəhdləri də olub. Qeyd edib ki, bəziləri deputatların adından istifadə edərək rəylər yazıblar.

"Lakin araşdırmalar zamanı məlum olub ki, həmin deputatlar hər hansı rəy verməyib. Vətəndaşlarda keçid balı (20 və daha çox) 101, həm ekspertlərdən, həm də vətəndaşlardan keçid balı toplamış layihələrin sayı 30, 1-dən 20-dək vətəndaş balı toplamış layihələrin sayı 94, 0 vətəndaş balı toplamış layihələrin sayı isə 59-dur.


İmza:

Müdafiə Nazirliyində kollegiya iclası keçirilib

Bu partiyalar növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edib

İlham Əliyev : Azərbaycanın inkişafı bizim enerji sektorundan əldə etdiyimiz gəlirlər olmadan mümkün olmazdı

Elmar Məmmədyarov Riqaya rəsmi səfərə gedib

Rauf Qərib Alagöz: 200-300 manata görə yandırılan milyonlar

Azərbaycan Enerji Xartiyası Konfransının 30-cu iclasında təmsil olunub

İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov : Azərbaycan Niderlandı yaxın müttəfiqi və etibarlı tərəfdaşı hesab edir

“İndi bunu kimə deyirsən, nə öz yerindədir ki, bu da öz yerində ola?”

Mikayıl Gözəlov öldürülməsəydi...

Ramiz Mehdiyev İlham Əliyev haqqında məqalə yazdı

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsinə zəruri yardım göstərməkdədir

SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK