deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | TUTDƏY QUŞU Adalet.az | TUTDƏY QUŞU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

TUTDƏY QUŞU

Şahnaz ŞAHİN

6513    |   2019-07-01 16:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Valideynlərimin işıqlı xatırəsinə ithaf edirəm...)

"Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız deyəcəyəm :Anamdır..”

Avraham Linkoln

Yenə də tut fəslidi,yenə həyətimizdəki iri dənəli şahtut ağacının barı sıx yə yamyaşıl yarpaqların arasından üzə gülümsəyir..Əl vurmağa bənddi eləqopub düşür ovcuna,azca yel əsən kimi dolu kimi yağır yerə...Dadı da ki,bal kimi!...

...Kəndimiz rayon mərkəzindən maşınla 10-15 dəqiqəlik bir məsafədə yerləşir,kəndin ortasından keçən asfalt yol onu iki hissəyə ayırır.Bizim evimiz kəndin arxa hissəsində,Kür çayına yaxın ərazidə yerləşirdi.İki otaq bir eyvan və balaca açıq balkondan ibarət qom ev dünyanın ən rahat yuvasıydı mənə görə..Geniş və çoxlu bar verən nar ağacları olan həyətimiz,bir-iki baş heyvan və 10-15 qoyun saxlanan tövləmiz,evin arxasındakı təndir,ocaq yerimiz,pəncərənin önündə ətirli qızılgül kolları ...Anam bütün yeməklərimizi ocaqda bişirərdi,təndirə də iri,uzun "pencəkəş” dediyi çörəkləri yapardı... Onda anamın üzü qıp-qırmızı olurdu təndirin istisindən,balaca qoğal kündəsini əlimə alıb mən də yapmaq istəyirdim,amma bacarmırdım..Təndirdən çıxan hərarət üz-gözümü qarsır,qorxumdam geri çəkilirdim!..Ocaq yeməyinin ,təndirin başında kəsdiyimiz çörəyin dadından və ətrindən doymaq olmazdı!..Anam təndirə də ocağa da elə evimizə də xüsusi qayğı göstərirdi..Qopan yerlərini "dəymiş palçıq”la suvayar,quruyandan sonra üstündən şirə çəkərdi..Deyirdi ki,belə olanda ömrü uzanır,bala,həm də səliqəli,səhmanlı görünür...Yemək bişirdiyi qazanın da altını qabaqcadan palçıqlayırdı ki,qarasını yumaq asan olsun...Eh,anam...anam...Pirkar qadın idi anam,onun gördüyü işləri hər qadın bacarmazdı..Dərziliyi,xalça,kilim,lay və palaz toxumağı əla bacarırdı,bizimlə yanaşı hələ qonşulara da paltar,pərdə vəs biçib tikirdi.Hana uzadır,uzun qış gecələrində bacılarımla oturub xalça,kilim toxuyurdu,ilmə vuranda barmaqlarını görmək olmazdı...!Bilənlər bilir,bu işlər hər ikisi adamdan xüsusi istedad ,dizayn vermək,rəssamlıq bacarığı tələb edir...Anam bunları hardan və necə öyrənmişdi,mat qalıram!Uşaqlıq vaxtı ölkənin savadsızlıq dövrünə düşdüyündən məktəb üzü görməyən ,adının da cəmi ikicə hərfini yaza bilən bu qadında necə istedadlar vardı,İlahi!....Qonşular hər məsləhətə onun yanına gəlirdilər,saatlarla oturub şirin söhbət edən bu qadınlar ömrü boyu qeybət nədir bilmədilər!..

Atamı çox erkən itirmişdik,mənim onda cəmi altı yaşım vardı...Anamın ümidinə qalmışdıq,bütün çətinliklərə kürəyini verən bu qadın bizə əla təhsil verdi,yetimliyimizi hiss eləməyimizə imkan vermədi...Yadımdadı,bir dəfə məktəbdən gəlib soruşdum ki,ana,atam yoxdu,deməli mən yetiməm,eləmi?Anam ilan çalmış adam kimi yerindən dik atıldı,məni qucaqlayıb:

-Anası olmayan yetim olur,bala,sən yetim deyilsən,çünki anan sağdı!!!Bir də belə fikirləşmə...dedi..Və əsas olan odur ki,mən buna inandım!...

Atam xəstə olan zaman onun bütün istək və arzusunu yerinə yetirməyə çalışırdı,indi həm kişi, həm də qadın işi onun üzərinə düşmüşdü,amma bir dəfə də gileyləndiyini görmədim ..anam gündüzlər çöldən ot da toplayır,həyətdə taya qoyur,başaq da yığır,heyvan-qara da becərirdi,gecə də paltar tikir,hana toxuyurdu...

...Tutdan danışırdım axı...İri gövdəli,nəhəng ağac idi,bir qolu evimizin üstünü çətir kimi örtmüşdü.Yuxarıdan istiqamətini dəyişib köndələn böyüyən şah budağının birindən yelləncək asmışdım,doya-doya yellənirdim!Qonşu qızlar da yığışıb gəlirdi,səs-küy həyətimizi başına götürürdü...amma onlara yelləncəyə minməyə imkan vermirdim....Çoxdan xəstə yatan atamı şəhərə aparmış,lakin ümidsiz halada geri qaytarmışdılar,ona ağır şiş diaqnozu qoyan həkimlər:

Aparın evə,nə yaşayar..yaşayar...-deyib geri qaytarmışdılar.Atam özü də bunu hiss edir amma əyilmirdi.

Dəmir çarpayısını həyətə,şahtutun altına qoydurmuşdu,gündüzlər orda uzanır,bizi kənardan seyr edirdi...Allah bilir bu vaxt ürəyindən nələr keçirmiş!...Ədalətli adam idi deyə mənim qızları yelləncəyə yaxın qoymamağım diqqətindən qaçmamışdı,zəif səslə ,bala,dedi,qoy o uşaqlar da yellənsin...

Şahtut həm də bizim çörək ağacımız idi,yediyimizi yeyər,artığını da anam iki gündən bir çırpıb çuğun vedrə və göycələrə dolduraraq Əli Bayramlı,indiki Şirvan şəhərinə satmağa aparardı.O zaman bu fəhlə şəhəri sürətlə inkişaf edir,üç və beş mərtəbəli binalar tikilən yeni-Təzə Şəhər salınırdı...Zavodlarda işləyənlər məhz burda evlə təmin edilirdi,burda yeni həyat başlamışdı.....Anam da tutu birbaş binaların həyətinə aparıb orada satırdı!..Anamı görən kimi sakinlər tökülüb gəlirdi..Tut banka ilə satılırdı,alanlar yenə də istəyir,növbəti gəlişi gözləyirdilər.Bir dəfə anama dedim,məni də özüylə apardı,bu mənim kəndimizdən qırağa ilk çıxışım idi!...Həm də anamın hansı zəhmət və əziyyətlə 10-12 qab tutu evdən şəhərə gətirməyinin şahidi oldum o gün...

...Tut yetişməyə başlayanda həyətə bir quş uçub gəlirdi,görünmürdü,hardasa oturub oxuyurdu...İki hecalı söz deyirdi,anam onda çox sevinirdi,deyirdi ki,bu "Tutdəy quşudu”,oxuduğu mahnıda da Tut,dəy...,(yəni Tut,yetiş)söyləyir...Quş belə oxuyanda anam əmin olurdu ki,bu il tut yaxşı gedəcək!..Amma bir az keçirdi,quş başqa mahnı oxumağa başlayırdı,özü də hirslə,qəzəblə deyirdi sözləri..Üç hecalı bu mahnı anamın xoşuna gəlmirdi,deyirdi ki,bu tut haçan yeyildi ki,indi zibil olsun!?...Daş götürüb quşu həyətdən qovlayırdı...ta ki,quş birinci mahnısını oxuyanacan....Elə bil bazarda qiyməti bu gözə görünməz quş tənzimləyirdi!..Hər halda anam buna inanırdı,inam isə çox şey deməkdi...

...Sonra biz böyüdük...ardıyca evimiz də böyüdü...Sonra hərəmizin öz evimiz oldu...Bir gün qocaman ağacın bir şaxəsi qopub yerə gəldi,amma kökü ayaqda qaldı,qurumadı,yıxılmadı...Təzə şaxələr verib gələcəyə qovuşdu!..

Ps.:O gün anamgildən salmışdım yolumu...Nəvə-nəticələri dor tutub tut çırpırdılar..Bir qab da mənə düşdü..yedikcə anamı bir də yad etdim...

TUT AĞACI

Bir zamanlar budaq-budaq gəzdiyim,

Tut ağacı,səndə izim dururmu?

Böyüklərin incidiyi,bezdiyi

Şıltaqlığım,dəcəlliyim dururmu?..

Torpağımın bəkəti,neməti,

Bahar çağı ağzımızın ləzzəti.

Ac olanda dizlərimin taqəti

O yaxmacım,şor çörəyim dururmu?..

Yadındamı o gizlənpaç oyunu,

Yarpaqların gizləıyərdi boyumu..

İtirmərəm mən o "haqqı sayını”

De,zər-xara bürüncəyim dururmu?..

O zaman ki,atam,anam sağ idi.

Günlərimiz başdan başa ağ idi..

Uşaq idim,kef damağım çağ idi,

Qəmdən uzaq ayım,ilim dururmu?..

Yadındamı sənlə çörək kəsdiyim..

Hirslənəndə cığallığım,tərsdiyim.

Öz əlimlə tovladığım,asdığım,

Şah budaqda yelləncəyim dururmu?..

Çətrin örtən o balaca evimiz,

Arxaslnda təndir,ocaq yerimiz...

Qızıl inək,qoyun-quzu,tövləmiz..

Pəncərəmdə qızılgülüm dururmu?..

Tut ağacə,səndən üzüm xəcildi,

Əhvalını biləmmirəm heç indi..

Deyirlər ki,könlün olub gileyli,

Söruşursan,Şahnaz balam dururmu...?

2019




İmza:
SON XƏBƏRLƏR
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK