viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | SÜD RƏNGLİ GECƏ Adalet.az | SÜD RƏNGLİ GECƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

SÜD RƏNGLİ GECƏ

Allahverdi EMİNOV

3818    |   2019-06-24 16:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Hekayə)

Zərbalı yuxudan ayılanda iki qız körpəsi yatmışdı. Arvadı yorğun nəfəsini otağa yayırdı. Zərbalı ayağını döşəməyə elə yapışdırdı, parketin biri qəfil ağırlıqdan cırıldadı. Döşəmədən balkona addımladı, qaranlıq hələ oyanmamışdı, bir-iki ulduz qalmışdı gecənin sinəsində. Sanki oğru qəfil bu geniş sinəyə əl atmışdı, bir-iki mirvarini qopara bilmişdi. Səhərəcən işləyən taksilər bu gecə rahat yuxudaydı. - Zərbalı belə düşündü. Siqaretin qoxusu əllərindən çəkilməmişdi. Çox təşəbbüsdə olmuşdu, tullasın biryolluq, bacarmamışdı. Onun peşəsi imkan verməmişdi. Hətta elə adamlar tapılır, bir giləsini xahiş eləyir. Ötən gün cavan oğlan, daha dəqiqi, 30 yaşlarında birisi öncədən siqaret istədi: - Sizi başa düşürəm, üzünü görmürəm, gözlərini seçirəm, pis adama oxşatmıram. Mümkünsə, bir siqaret bağışla. – Barmağının ikisini qoşalaşdırdı, dodaqlarına apardı: - Ölürəm siqaret üçün. Özüm bunun satışıyla məşğuldum. Görürsən də. – Əliylə nazik qara bığına sığal çəkdi. Zərbalı bu adamla ikinci dəfə görüşürdü. Sıx qıvrım saçlı, enli kürək, yaşıl gözlü oğlandı. - Müstəntiqə kəsə dedim ki, mənə yalan demək yaraşmaz. Satanam, mafioz deyiləm. Ötən il atam dünyasını dəyişdi. Bu il də məni… - Müsahibinin üzünə belə baxmadı. – İnsana inamınızı öldürmüsüz! Bəlkə öldürmüşlər? – Sonuncu sözdən sonra müstəntiq ani çevirdi başını. Mən özümü o yerə qoymadım. Amma gözləmədən işarə vurdu ki, sonuncu iş olsun. - Mən müstəntiqə baxdım.

Gecə polisi «sirena»nı səpələdi yuxuda olan binaların pəncərələrinə və gözdən itdi. – Üçüncü gün o oğlan qətiyyətlə müstəntiqə bildirdi ki, qurtarın gəl-gedi, elə olmasın atamın dostlarını məsələyə qoşum. O, sağ olsaydı, cəsarət göstəib məni bu zülmət otağa gətirməzdiz. - Otaqda var-gəl elədi.
Polkovnik Zərbalını kabinetinə çağırdı. Üz-gözü boza çalırdı. – Siz öz vəzifə borcunuzdan bixəbərsiz? – Öskürdü, sönmüş siqaretini külqabıda əzdi. – Az vaxtda çiyninizə iki səkkizguşəli ulduz taxmışıq. – Zərbalını başdan-ayağa süzdü, elə bil ilk dəfə görürdü. – İdman ustasısız! Sınaqdan çıxmısız. Çul düşür, hər şeyi boynuna götürür! Bunlar lap yaxşı. Ancaq humanistliklə vəzifəniz qeyri-bərabərdir. Gedərsiz, evdə nə istəsəniz edərsiz. – Polkovnik siqareti damağına qoydu, dodağında hərlədi. – Əslində ailədə də belə yaramaz. Ən doğma adamınızla qarşılaşsanız belə. – Öskürdü, boğazında tıxac vardımı, gözləri yaşardı.

Zərbalı hələ ayaq üstə durmuşdu, polkovnikin «oturun» əmrini gözləyirdi. Zərbalı istədi icazəsiz-filansız divanda əyləşsin, qanacağına sığışdırmadı. Bədənindən nəsə axırdı ayaqlarına…
Böyük qızının səsi qulaqlarına axdı. – Ana, su ver! – Yuxulu halda anasını oyatmışdı. Arvadı asta addımlarla mətbəxə keçdi, stəkanı əlindən saldı. Zərbalı arvadının peşimançılıq çəkdiyini duydu, özünü eşitməzliyə vurdu. Kiçik qızı başqa xasiyyətdə idi, daş kimi yatırdı. Böyüyü şıltaq, küsəyəndi, bir-iki şeir də əzbərləmişdi. «Buz» şeirini həvəslə söyləyirdi, əllərinin hərəkətləriylə sözləri müşayiət eləyirdi. – Bu misraları kim yazıb? - Zərbalı qızından soruşmuşdu. – «Sabir» cavabını almışdı. – Müəlliməmiz deyir ki, Sabir inqilabçı şairdir. – Zərbalı ilk anlarda susmuşdu, inqilabı necə qızına başa salsın. Yəqin müəllimi izah edib. Bircə onunla kifayətləndi ki, qızım, inqilab köhnə nə varsa yerlə-yeksan edir, təzəsini yaradır.

Qapı örtüldü, daha səs eşitmədi.
- Zərbalı, - dedi polkovnik. – Siz həm də məktəb keçmisiniz. Başa salmışlar ki. – Bu ara telefon zəngi onun sözünü kəsdi. – Eşidirəm, bəli. Yanımdadır. Söhbət edirik. – Polkovnik izahat verdi, Zərbalının bədənini saran enerjiyəbənzər axın sinəsini yaladı və sol tərəfini gizildətdi: «Xeyir ola. Bəlkə siqareti problemə çeviriblər. Bəlkə daha ciddi bir iş?..» Ürəyindən keçirdi: «Yavaş-yavaş bunların iç üzü çıxır. Başqalaşırlar? Müəllimimiz professor. – Susdu. Adını kabinetdə çəkməyi qəhabət hesab elədi. Deyirdi ki, həyatda üzünüzü qoruyun, dəyişməyin. İmkanınızı, vicdanınızı özünüzdən qovmayın. İnsanlarla işləyəndə şəxsiyyətə hörməti unutmayın. Əyilməyin, bir sözlə. Qanundan da irəli insafdır, fəziləti yaşatmaqdır.

- Zərbalı! – Polkovnik acı səslə dilləndi. – Bir hərəkətinizlə bütün binanı başınıza götürmüsünüz. – Siqaretə sonuncu qullab vurub, külqabıya atdı. – Zəhrimar boğazımı yandırdı. – Öskürdü bayaqkı ağrı ilə. Dəsmalını çıxarıb, yaşarmış gözlərinə apardı. İmkan tapıb burnunu çəkdi. Gözü əməlli-başlı sulandı. – Zərbalı. – Yenə susdu. – Daha nəzarətə düşmüsən. Bugünkü «əməliyyat» sənin taleyində böyük rol oynayar. İnanıram, özünü doğruldacaqsan. – Əyləşin.

Zərbalı nəhayət oturdu, qılçalarını uzatdı. Ayaqqabıda barmaqlarının ucunu tərpətdi. Qara ayaqqabı cırıldadı, sanki onun da boğazı acımışdı, göynəyirdi. – Çalış təcrid et özünü isti mühitdən. – Zərbalı bu cümlədə səmimiyyət əvəzinə, amiranəlik hökmü sezdi və ürəyində polkovnikə acığı tutdu: «Bu lap pedant imiş! Heç bir əsərdə beləsinə rast gəlməmişəm. Bax, beləsindən qorunmaq lazımdır». – Bu sözləri müəllimimiz demişdir. Bir az da geniş şəkildə: «Çalışın vasvası adamdan uzaqda gəzin. Onlar bir insan ölümünü də vasvası həvəsiylə qarşılayırlar». – Görəsən polkovnikin övladları varmı? – Sual haradansa beynində çaxdı. – Olar! Bəs uşaqlar atalarının xasiyyətinə bələddilərmi? Allah bilir! – Zərbalı səssiz danışırdı, müəlliminin qiymətli kəlamlarını bir-bir yadına salırdı: - Valideyn, xüsusilə, ata xasiyyətinə tez alışdırır oğlan uşağını. Yaşa dolanda da atasının dairəsindən çıxmağı bacarmır. Pis atadırsa, həyat onlardan qisas alır. Mənimsə iki qızım… Böyük qızının səsi anasını oyatdı. Zərbalı çarpayının küt səsindən bunu hiss elədi. Yanılmamışdı. Bu dəfə yuxu gördüyünü yozdu.
Gecənin şıltaqlığı sönürdü. Ulduzları yerbəyer eləyirdi. Laqeyd-laqeyd ayın dövrəsindən asılmışdılar, işıq saçırdılar, ay yolunu azmasın, çıxıb getsin.

Zərbalı ulduzları «təhlil» eləmək istədi. Hansı hissiydi bu gecə onu yavaş-yavaş kövrəldirdi: Arvadının, uşaqlarının otağına qaytarmağa tələsdirmişdi. Gecənin bu vaxtında Zərbalını nəydi vadar eləyən? – Yox, yox! Bu, mənə aiddir. Mənim işimdir. Mənim. – Pıçıltısı sönən ulduzlara qovuşub əriyirdi. Siqareti sönmüşdü.

- Mən şəxsən şahid olacağam. – Polkovnik pafosla cavab verdi. – Özüm. Biz onları insanpərvər ruhda formalaşdıra bilmərik. Belə olarsa… - Polkovnik bəlkə də fikrin yekunlaşdıracaqdı: - Eşidirəm. Necə istəyirsizsə. O gənc bizə lazımdır. Güclü oğlandır. Hələlik heç nə deyə bilmərəm. Cavandır, bizim ruhda əlbəttə, tərbiyə almalıdır. – Susdu. Zərbalıya qəribə bir nəzərlə baxdı. – Güclü oğlansan. Amma hələ kalsan! Və siqareti külqabıya qoydu. – Amma sənin bir «zərbən» neçə bizim kimi polkovnikin «əxlaq dərsinə» dəyər. Kütləyə intellekt yox, dəyənək lazımdır.
Zərbalı beynində uğultu hiss elədi. – Bir azdan «əməliyyat»a özünü hazırlamaq barədə düşünmək istədi. – Vallah, yenə o siqaret istəyən oğlan olsa… Müəllimim deyirdi ki, aman qırmayın, ruhu öldürməyin, riyakarlıqdan kənarda dayanın. Məgər onun tələbəsi omlamışam? Hələ bilmir bu binadayam. Ancaq onun ədalət prinsipini müdafiə edəcəyəm. Borcumdur, axı, belə pedaqoqları eşitməyən böyük məmur da insafsızdır, haqsızdır! Necə, müəllimim? – Dolaşıqsız suallardan aralanmaq istədi.

Kiçik qızı qəfil çığırdı. – Uşaqlarda bu, olur yuxuda. Zərbalı qanrılıb yataq otağına boylandı. Arvadı qızcığazın nazik yumşaq dodaqlarını əliylə çiləyirdi. – Yat, atan yanındadır!
Arvadı imkan tapıb o biri balasına bir öpüş bəxş elədi.

- Bir saatlıq fasilədi, - dilləndi polkovnik. – Dərhal doqquzuncu mərtəbəyə qalxacaqsan. – Zərbalı polkovnikin sifətində təbəssüm gördü, sevindi… - Möhkəm ol, hər növbəti addım uğur gətirmir, - dedi.
Zərbalı müstəntiqin otağında sıxıldı, ürəyi döyündü. Bu hal nədir məndə? Məgər birinci dəfədir? – Ürəyində suallara cavab axtarmaq əbəsdi.

Müstəntiq qırx yaşlarında bir kişiydi. Geniş alnında qırışlar dolaşıq düşmüşdü. Pətəyi oğurlanmış arılar kimi çillər nöqtə-nöqtə görünürdü. Burnu iki sifətini ayırırdı. Qalın dodaqları əl çalırdı danışanda. Zərbalı hər dəfə müstəntiqlə görüşəndə ürəyi sancırdı, səbəbi ona müəmmalı gəlirdi. Cəmi bir dəfə kamera-otaqda «əməliyyat»da onunla olmuşdu. Müqəssirə elə kinli baxmışdı, deyərdin bütün doğmalarını bu məhkum qırıb başa çatdırmışdır. Müstəntiqin səsi düşüncələrdən qopardı: - Cənab Zərbalı, - cod səsləndi. – Kamerada özünü mülki adam rolunda aparma. – Boğazını arıtladı. – Zabitsiz. Sifətin də, müəmmalı vücudun da həmçinin. Sənə daha nə qalır! – Son cümlə təntənəli çıxdı. – Axırı mən yazdığımı etiraf etməlidir. Tanınmış adamdır. Bu «əməliyyat» öncə sənin qələbən olacaqdır. Bir rütbən də artacaqdır. – O, sol əlini çiynindəki paqona vurdu. – Bu ulduzlar əvvəllər balaca idi, körpə uşaq gözü boyda. Sonra pələngin iki gözü oldu!

Zərbalının bədəni sızıldadı. Müstəntiqin nəyə işarə vurduğunu başa düşdü. Sevindi ki, xidməti paltarında deyil. Otağında dəyişmişdir. – Polkovnik bu şəxsin etirafının çox intizarındadır. – Müstəntiq güldü öz-özünə. Enli dodaqları aralandı, qızıl dişləri qırmızı çınqıl saçdı. Ağzının seliyi alovlanan dişlərə çiləndi.

Zərbalı gecənin yavaş-yavaş ağardığını sezirdi. Qızlarının səsi gəlmirdi. Anaları da həmçinin. Ürəyi çırpınırdı, soyuq tər gəlirdi. Müqəssir dindiriləcəkdi. Otaq yoldaşının gözünün altındakı «bandaş» hələ sağalmamışdı, iradəli adamdı. Görünür, dağ havası onun sağlam bədənini daha da möhkəmlətmişdir. Yanaşı kamerada ona vurulan zərbələrin kal səsi gəlirdi. Bircə dəfə «Allah sizi bağışlamayacaq» cümləsini eşitdi. Sonra susdu. Saata baxdı. – Hə, indi açarlar qapını. – Ürəyindən keçirdi. – Qoy vursunlar, nə istəyirlər etsinlər. Mənim boynuma qoya bilməzlər. Bu iş mənə yapışmaz. Mən böyük bir nəslin… Heç vədə haqsız işə qol qoymamışam. Yetirmələrimə də bu ruhu aşılamışam. – Və qapı qəfil açıldı. Müstəntiqin kobud vücudu göründü. Üzünə baxmadı, yanındakı cavan oğlanın sağlam bədəni vardı, heyif ki, üzü maskada idi. Ürəyindən keçdi: - Kaş onun gözlərini görəydim. Bu isə mümkünsüz idi.

- Müəllim. – Dilləndi müstəntiq. – Hər dəfə bu kəlməni eşidəndə özünü təhqir sanırdı və bir dəfə üstünə təpinmişdi. – Adımla, yaxud familimlə çağır. – Siz yenə təkidinizdə qalırsız? – Qovluğu stolun üstünə qoydu, yavaşca açdı. – Sizin tipliyiniz başınıza bəla açacaqdır. – Ağ qoşa vərəqi çıxartdı, bir qara ruskanı üstünə qoydu. – Bunun geci-tezi olur, gəlin, boynunuza götürün. Bu yaşınızda istəməzdim. 
– Müstəntiq boğazını adəti naminə arıtladı. – Məhkəmədə etiraf sizi xilas edər.
Müqəssir bu dəfə qışqırdı. – Qurtarın «müəllim»lə. Heyif ki, sizin müəlliminiz olmamışdır, ondan müraciət dərsini öyrənərdiz. Barı, yanınızdakından utanın, heyif bəlli deyil kimliyi. Tərbiyə almaq sizin yaşda da lazımdır! – Acı-acı müstəntiqin bozarmış sifətini süzdü. Zərbalını üşütmə tutmuşdu. O, müstəntiqə nifrətlə baxdı, bunu lazım bildi. Maskada nə sezərdi, bu gənc zabit ona necə baxır. Səsini çıxarmağa icazə verilmir. – Özünü halsız sandı və pəncərənin qarşısında dayandı. Üzü bayıra. Müstəntiq onun bu hərəkətini pis qarşıladısa, üstünü vurmadı. – Hə, alın bu vərəqi, yazın, sizin də, bizim də canımız qurtarsın. – Müstəntiq dilinin ucunda çabalayan «müəllim» sözünü dişlədi. – Darıxmayın. Özünüzü ələ alın.

Müqəssir hirslə ayağa qalxdı, qoşa vərəqin birini götürdü, parçalayıb müstəntiqin açıq başına çırpdı. Zərbalı çevrildi. Bir dəfə institutun rektoru sinfə girmişdi. Əsəbindən dodaqlarını çeynəyirdi. Kəlamsız-salamsız müəllimlərinə dedi: - Bu Zərbalıdı, zərb alətidir kimdir, nəçidir, niyə institutu qarışdırır? Tələbələri başına toplayıb mitinq keçirir! Və gözüylə auditoriyanı aradı ki, Zərbalını görsün, dişindən çıxanı yağdırsın. Bu məqamda müəllimi özünü saxlamadı: - Rektorsuz, nəçisiz, mənə dəxli yoxdur. Əvvəla, mərifətinizi göstərin, mənə və tələbələrə salam verin. İkincisi, nə sözünüz varsa, çağırın dekanlığa, üçlükdə danışın. Üçüncüsü, yaxşı idarə etsəydiniz, institutu mitinqə çağırmazdı. Dördüncüsü, hansı ixtiyarla tələbəmi axtarırsız. Sonuncusu isə, xoş getdiniz. – Əlini uzadıb qapını göstərdi. – Di, tələsin, mühazirəmi davam edim.

Rektor donmuşdu ayaq üstə. Harada olduğunu unutmuşdu. Birdən qapıya sarı şığıdı və zərblə qapını çırpdı.

- Cənab müstəntiq, yanınızdakı tanımadığım bu yoldaşa görə sizə ağır söz demirəm. Siz də bu adama görə özünüzü təmkinli aparın. – Müqəssir oturdu, köhnə çarpayıda. Tüklü üzünü ovuşdurdu.
Zərbalı yerində donmuşdu, rektorsayağı, bədənini almış tər onu yandırırdı. – Zərbalı təmiz oğlandır, yoldaş dekan, nəticə çıxarmağa tələsməyin. Mitinqə tək çağırmayıb tələbələri, hamısının fikridir. Siz nahaqan onun boynuna qoyursuz və siyasi don geyindirirsiz. Öz iradənizlə hərəkət edin. Zərbalını institutdan qovmağı qərara alsanız, mən istefa verəcəyəm, biryolluq buranı tərk edəcəyəm. Və ayağa durmuşdu.

Zərbalı müqəssirə tərəf addım atdı. Müstəntiqə elə gəldi, bu anlarda o, müəllimin üzərinə atılacaq, vəzifə borcunu şərəflə yerinə yetirəcəkdir. Ancaq vaxtı yetişməmişdir. Dilə tutmalıdır, çək-sevirdən sonra. – Oturun, - dedi müstəntiq. – Bu dəfə özü ayağa qalxdı, gözü yanırdı, salamat qalmış vərəqi götürdü, yenə stolun üstünə qoydu.

- İnadkar müstəntiqsiz, amma mənfisindən. – Titrəyən əllərini cibinə apardı. Saqqalını ovuşdurdu. Zərbalı qurumuş dodağını çeynəyir, o günə qayıdırdı. – O, danışanda geniş auditoriyaya sığmırdı. Səsi bal şirinliyində tələbələrin canına yayılırdı. – Sizi qınamıram, - bu dəfə də «müəllim» kəlməsini kəsdi. – Auditoriyada pedaqoqlar pələngə dönürlər. – Müstəntiq qəhqəhə çəkdi, enli dodaqları aralandı, sanki yarasalar yuvasıydı, bu məməlilər sözləri udub çölə uçuşurdular. Zərbalının ağlına haradan gəldi müqayisə. Və ikrahla gülümsündü.
- Vaxt ötür, yoldaş pedaqoq. Bizi girinc edirsiniz. Biz xidmətdəyik, vaxtımız eləcə bol deyildir ki, sizinlə siçan-pişik oynayaq.

Müqəssir özünü toxdatmağı bacarmadı və cəld irəli getdi, müstəntiq geri çəkildi, şax dayandı. Qürurunu qırmamaq üçün. Və həm də Zərbalıya baxdı ki, mənim yanımdakı…
- Rədd ol otaqdan. – Qışqırdı. Eynən dekanlıqda dekanın üstünə qışqırmışdı, həmin gün onun bu hərəkəti instituta yayılmışdı. – Bu gün də amiranə səs qalmışdır, haqsızlığa dözməyəndə beləcə cilovlanmayır o səs. Əlini qaldırdı, iki barmağını qoşalaşdırdı. – Elə olmasın gözlərini ovum, əclaf, belə dərs öyrətmişlər? İşiniz-gücünüz yoxdur məgər? Cinayətkarı başlı-başına buraxmısız, onu doqquzuncu mərtəbədə axtarırsız! Di, tərk edin! Və üzünü tanımadığı adama tutdu. – Vurun məni. Var gücünüzlə. Hə, niyə durmusuz?

Zərbalı özünü itirdi, müqəssirin nəfəsi, xırıltısı güclənirdi. Yaxınlaşdı. Əllərini tutdu.Onun gözlərindəki o işıltı kölgəyə bulaşmışdı. Barmaqlarını ilk dəfə idi ovcunda hiss elədi, titrəyirdi. Neçə ildi görməmişdi. – Ürəyindən keçirdi və özündən asılı olmadan titrəyən barmaqlarını buraxdı. Və yenə də ovcunda sıxdı. İlahi, istiyə bənzər nəsə bir şey bədəninə qırma kimi sancıldı. Qollarına güc gəldi. Biləyinə keçirdiyi dəyənəyi gizlətdi.

– Sizlərə yaxşılıq düşmür, ay pedaqoq. – Müstəntiqin səsi qulaqlarına doldu. – İşə başlamaq zamanı yetişdi.

Zərbalı müstəntiqin ona çevrilmiş vücudunun bu dərəcədə yekəpər olduğuna neçə vaxtda əhəmiyyət verməmişdi. – Eşitmirsən, yoxsa karsan? – Müstəntiq əlini kəmərə atdı. – Xidməti işdəsiniz! Və sol əlini uzadıb dəyənəyi özünə dartdı. – Bəlkə?
Zərbalı əsəbi, dəyənəyi müstəntiqin əlindən ayırdı və onun başı üstünə qaldırdı. Müstəntiq bu gözlənilməz hərəkətdən sustaldı, nəsə dodaqaltı mızıldadı. – Mərifətli apar özünü! – Müstəntiq var gücüylə dəyənəkdən yapışdı. – Kiminlə danışırsan, bəlkə bu müəllim sənin atandır, qorxudan gizlədirsən? - Gözləri ilə Zərbalını yedi.
Zərbalı özüylə bacarmadı.

- Nə ixtiyarla müəllimi təhqir eləyirsən? Ən böyük cinayətkar özünsən, bir də bu vəzifəni sənə həvalə edəndir! Əclaf, yaramaz! Və müstəntiqin yaxasından yapışıb qapıya sarı dartdı. Qapı bir zərbdən açıldı və dəhliz göründü. Müstəntiq qarşı divara dəyib çömbəldi. – Baxarıq! Qudurmusan? – Qışqırdı.
Zərbalı cəld dəhlizə atıldı, müstəntiqin boğazından yapışdı, qaldırdı, sifətinə tüpürdü: - Əclaf mənəm, sənsən - dəyənəyin gücü ilə yalan etirafları yazdırırıq, ailələri yetim qoyuruq, karyera üçün! Nədir o müəllimin günahı? Söylə, əclaf! Söylə! Bax, beləcə otur, taxtabiti kimi tapdalayacağam səni. Təpik səsi dəhlizdə sürünürdü. Bir-neçə dəmir qapılar dərhal açıldı. Zərbalını dövrəyə aldılar, üzüaşağı dartdılar.
Zərbalı siqareti üzüaşağı tolazladı. Siqaret havanı cızdı, qopmuş ulduzlarsayağı şöləsini itirdi: filan yerdə olacaqdı. Cəmi bir gün aman vermişdilər. Bir gün…

Otağa girdi. Pəncərənin tül örtüyünü dürməklədi. İşıq süzülürdü. Saat işləyirdi. Qızları yatırdı.
Səhər açılırdı. Süd rəngli bu səhərin işığı içərinin qaranlığını əridirdi. Zərbalı özündə bir təskinlik duydu, elə bil bu neçə saatı oyaq qalmamışdı. Görəsən «müqəssir» onu səsindən tanımışdımı?
Sifətinə təbəssüm qondu Zərbalının. Əlini boynunun altında daraqladı. Gözləri pəncərədən süzülən süd rəngli işıqda nəyisə axtarırdı.






İmza:
SON XƏBƏRLƏR
2019-07-24
2019-07-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK