adalet.az header logo
  • Bakı 13°C
24 Iyun 2019 16:14
9242
GÜNDƏM
A- A+

Millət vəkilləri, ziyalılar bu yay harada istirahət edəcək? - SORĞU

Yayın gəlməsilə əlaqədar olaraq hamımız istirahət üçün ya Azərbaycanın müxtəlif rayonlarına, ya da xarici ölkələrə üz tuturuq. Adalet.az saytı olaraq istədik ki, millət vəkillərimizin, tanınmış simalarımızın bu il harada istirahət edəcəklərini öyrənək.



Millət vəkili Tahir Rzayev

" Mən Azərbaycanda olacam. Hal-hazırda rayondayam. İyulun 15-dən sonra da burada olacağam. Çünki Azərbaycanın gözəl yerləri var, gəzməli-görməli yerləri var. İmkan olsa, Şamaxıya, İsmayıllıya da gedəcəym".







                                                                                         Millət vəkili Fazil Mustafa

"Mən ömür boyu Bakıda dincəlirəm. Nə Türkiyəyə, nə də başqa yerlərə getmirəm. Xəzər dənizini, onun qumunu kəşf etmişəm. Burdan gözəl yer yoxdur. Hətta bir az çirkli olsa da, gözəldir. Həftədə iki dəfə qum futbolu oynayıram. Üstəlik də dənizin sahilində yürüyürəm. 

Bir qəpik də pul xərcləmirəm. Maddi və mənəvi cəhətdən də istirahət edirəm. Ona görə də dincəlmək üçün başqa yerə getmək fikrim yoxdur. Getsəm də bir-iki günlük".



Vətəndaş Həmrəyliyi partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı


"Açığı elə bir planım yoxdur. İmkan olan kimi tez-tez rayonlarımıza gedirəm. Bu yayı da Azərbaycanda keçirəcəyəm".