adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Iyun 2019 15:22
23170
MARAQLI
A- A+

İsveçrədə Çin imperatorunun 5 milyon dollarlıq vazası tapıldı

Mütəxəssislərin bir isveçrəli ailədə təsadüfən aşkar etdiyi qədim Çin vazası hərracda təxminən 5 milyon dollara satılıb.

Ailəyə məxsus əntiq əşyaları dəyərləndirmək üçün dəvət olunmuş ekspert Reqqi Praysverk heç kimin diqqətini çəkməyən, içərisinə tennis topları yığılmış qədimi vazanı görəndə heyrətlənib.

300 il əvvəl Çin imperatorunun sifarişi ilə hazırlanmış, üzərində oymalarla simurq quşu təsviri işlənmiş nadir əşya dərhal mütəxəssislərin diqqətini çəkib.

İsveçrədə Koller hərracında başlanğıc qiyməti 79 260 dollar olan qədim vaza 4,9 milyon dollara satılıb.

Maraqlıdır ki, vazanın sahibi olan ailə onun orijinal olmasından xəbərsiz olub və qədim vazanın surəti olduğunu düşünürmüş.