deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Yeni nazir əməliyyat müşavirəsi keçirdi Adalet.az | Yeni nazir əməliyyat müşavirəsi keçirdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Yeni nazir əməliyyat müşavirəsi keçirdi

4400    |   2019-06-24 14:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Daxili İşlər Nazirliyində nazir müavinlərinin, baş idarə, idarə və paytaxtın polis orqanları rəislərinin iştirakı ilə Naziryanı əməliyyat müşavirəsi keçirilib.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Daxili İşlər naziri, polis general-leytenantı Vilayət Eyvazov respublikanın daxili işlər orqanlarına 25 ildən artıq bir müddətdə rəhbərlik etmiş general-polkovnik Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi kimi yüksək dövlət vəzifəsinə təyin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daxili işlər orqanlarına böyük etimadının daha bir əyani ifadəsi olduğunu vurğulayıb.

Nazir V.Eyvazov cənab Prezidentin ölkədə asayişin və təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işləri və əldə edilmiş nəticələri yüksək qiymətləndirdiyini xüsusi qeyd edib, qazanılan uğurlarla bərabər, əməliyyat-xidməti fəaliyyətdə bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu da xatırladaraq onların həlli yollarını göstərib, bu istiqamətdə tapşırıq və tövsiyələrini verib.

Qarşıya qoyulmuş mühüm vəzifələrdən söz açan daxili işlər naziri bu sırada polisin qanunla müəyyən edilmiş vəzifələrinin hər bir struktur qurumda operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirməsinin, əməkdaşların etik davranış qaydalarına ciddi əməl etmələrinin, bu işə nəzarətin gücləndirilməsinin zərurliyini və müvafiq istiqamətlərdə fəaliyyətin sistemli şəkildə davam etdirilməsini tələb edib.

Həmçinin cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsinin, asayişin və təhlükəsizliyin daha etibarlı qorunmasının, orqan və hissələrdə qanunçuluğun möhkəmləndirilməsinin, bu mühüm istiqamətlərdə fəaliyyətin təşkilinə Nazirliyin aparatının struktur qurumlarının, ərazi orqanlarının və nizami polis hissələrinin rəhbərliyinin böyük məsuliyyət hissi ilə yanaşmasının, cinayətlərin qarşısının vaxtında alınması, açılması funksiyalarının ciddi nəzarətdə saxlanılmasının və layiqincə həyata keçirilməsinin vacibliyini iştirakçıların nəzərinə çatdırıb. Eyni zamanda, qeyd edilib ki, şəxsi heyətin Heydər Əliyev ideallarına sədaqət ruhunda tərbiyə olunması işi davamlı aparılmalı, vətəndaşların müraciətlərinə baxılmasına, qəbuluna daim xüsusi həssaslıqla yanaşılmalı, cinayətlərdən zərər çəkmiş şəxslərin hüquqlarının bərpası ilə bağlı məsələlərin həllində hər zaman operativlik göstərilməlidir. İnsanların hüquqları, azadlıqları, qanuni mənafeləri yüksək səviyyədə qorunmalı, bu iş bütün struktur qurumlarda rəhbər heyətin şəxsi nəzarəti altında gündəlik həyata keçirilməlidir.

Müşavirənin yekununda nazir Vilayət Eyvazov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələb və göstərişlərinə uyğun olaraq ölkədə vətəndaş məmnunluğunun təmin edilməsi, polisin insanların güvənc yerinə çevrilməsi, bütövlükdə cəmiyyətdə polisin nüfuzunun daha da yüksəldilməsi yönümündə fəaliyyət sistemli şəkildə davam etdirilməlidir.




İmza:

Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib

Antalyada nə qədər azərbaycanlı yaşayır?

Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək

Dövlət qulluğuna qəbulla bağlı növbəti sınaq imtahanı keçiriləcək

Azərbaycanda işləyən əhalinin sayı artıb

Jurnalistlər üçün tikilən 3-cü yaşayış binası gələn il təhvil verilə bilər

Daxili İşlər Nazirliyi işçi axtarır

Millət vəkili Namibiyanın baş naziri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb

İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Azərbaycan XİN Yaponiyaya başsağlığı verib

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib

Şəkidə xəsarət alan suriyalılar müalicələrini özəl klinikada davam etdirirlər

SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK